Tatyana Bakalçuk

Tatyana Bakalçuk (rus. Татьяна Владимировна Бакальчук 16 oktyabr 1975[2]) — Rusiyalı sahibkar, Wildberries şirkətinin qurucusu və baş direktoru, paltar, ayaqqabı, ev əşyaları və digər malların satıldığı Rusiya beynəlxalq onlayn mağazanın sahibi. Forbesin məlumatına görə, 20 fevral 2020-ci il tarixindən etibarən Tatyana Bakalçuk Rusiyanın ən varlı qadını olmuşdur. 1.4 milyard dollar sərvəti ilə Elena Baturinanı qabaqlamışdır[3][4].

Tatyana Bakalçuk
rus. Татьяна Владимировна Ким[1]
Doğum tarixi 16 oktyabr 1975(1975-10-16)[2] (49 yaş)
Fəaliyyəti sahibkar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tatyana Bakalçuk koreya əsillidir. 1981-1992-ci illərdə oxuduğu Moskva yaxınlığındakı orta məktəbdə təhsil alır. Moskva Dövlət Regional Sosial və Humanitar İnstitutunda oxuyur. İngilis dili müəllimi diplomu alır. Bir müddət müəllim işləyir.

2004-cü ildə Tatyana uşaq dünyaya gətirir. Demək olar ki, bundan dərhal sonra Tatyana öz işinə başlamaq fikrinə düşür. Tatyana Almaniyanın məşhur kataloqlarında olan "Otto" və "Quelle" müştərilərinə təklif edir.

Poçt vasitəsilə alınan malların ilk anbarı təcrübəsiz bir sahibkarın mənzili idi. Tatyananın təklifi bazarda çox tələb olunur, buna görə bir il sonra, sözün həqiqi mənasında həm binalar, həm də muzdlu işçilər lazım olur.

2005-ci ildə Tatyana və əri Wildberries MMC şirkətini qururlar[5].

Hal-hazırda Tatyana Bakalçuk və onun əri, ən böyük yerli onlayn mağazalardan birinə sahibdirlər.

Onun qurduğu Wildberries şirkəti inamla yerli pərakəndə satıcılar arasında liderlik edir[6].

Forbes 2018 siyahısının nəticələrinə görə Tatyana Bakalçuk, Rusiyada Elena Baturinadan sonra ikinci qadın milyarder olur[7]. 2019-cu ilin sonunda onun varidatı 1 milyard dollardır[8].

2021 -ci ilin avqustunda Forbes, Tatyana Bakalçuku 13 milyard dollar dəyərində qiymətləndirərək Rusiyadakı bir nömrəli qadın milyarder olaraq sıraladı.[9]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Vladislav Bakalçhuk ilə evlidir. Əri radio fizikidir. Şirkət daxilində vəzifələrin aralarında bölünməsi olduğuna inanılır. Tatyananın fəaliyyət sahəsi mağazanın məhsullar şəbəkəsi, sosial şəbəkələr, şirkət daxilindəki münasibətlər və işçilərlə qarşılıqlı əlaqə, həyat yoldaşı isə satış, marketinq və satınalmalarda iştirak edir. Dörd övlad sahibidir[10].

  1. https://www.rbc.ru/business/05/10/2024/670145059a79471c982934ee.
  2. 1 2 https://web.archive.org/web/20230316061153/https://sanctions.nazk.gov.ua/en/sanction-person/1443/.
  3. "Владелица Wildberries стала богатейшей россиянкой по версии Forbes Миллиардеры" (rus). 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  4. "В России появилась вторая женщина-миллиардер". 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  5. "Владелица интернет-магазина Wildberries лишила Батурину статуса единственной женщины — долларового миллиардера в РФ". 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  6. "Wildberries, история успеха Татьяны Бакальчук — из няни в лидеры списка Форбс". 2020-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  7. "Forbes сообщил о появлении в России второй женщины-миллиардера". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  8. "10 самых богатых женщин России". 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  9. Состояние владелицы Wildberries Татьяны Бакальчук превысило $13 000 млн Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine (#empty_citation)
  10. Т Arxivləşdirilib 2019-04-10 at the Wayback Machinehttps://www.youtube.com/watch?v=Tz2BuTnKqPk Arxivləşdirilib 2021-05-04 at the Wayback Machine