Tau-Tona mədəni — dünyanın ən dərin mədəni.
Setsvana "Böyük aslan" mənasını verən bu məbəd Cənubi Afrika Respublikasının Qauteng bölgəsində yerləşir. Dərinliyi 3.9 km olan mədənin 5600 işcisi vardır. İşçiləri mədənin dibindən yer üzünə çatdırmaq üçün saniyədə 16 metr qalxan lift təqribən 1 saatlıq yol qət edir. Tau-Tona qızıl məbədi Anqlo Qold Aşanti Limited adlı şirkətə məxsusdur. Qeyd edək ki, 1957-ci ildə şirkət ilk qızıl çıxarılmaya başlanılanda bu məbədin dərinliyi 2 metr idi. Tau-Tona qızıl mədəni umumi 800 km uzunluğunda tunellərdən düzəlmişdir. Mədən çox dərin olduğu üçün işləmə şərtləri çox təhlükəlidir və hər il orta hesabla 5 işçi həyatını itirir. Digər çətinlik isə mədən havasının istiliyinin 55 dərəcə olmasıdır. Bu problemi aradan qaldırmaq üçün firma mədənə təmiz hava göndərir. Göndərilən havaya soyutma sistemi də əlavə edilmişdir ki, bu da mədənin tempuraturunu 28 dərəcəyə qədər endirmişdir.