Tavr vel

Pteridium tauricum V. Krecz. (Allosorus tauricus C. Presl)- Hündürlüyü 2 m-ə qədər olan çoxillik bitkidir. Kökümsovu qaramtıl-qonur rəngdədir, sürünəndir [1].

Yarpaq:[redaktə | mənbəni redaktə et]

Yarpaqları uzun saplaq üzərindədir. Yarpaq ayası qalın dərilidir, deltaşəkilli-oval, yaşıl rəngdədir, iki-üç dəfə lələkvaridir, aşağı tərəfdən yumşaq ipək kimi sarı-qırımızımtıl tüklərlə qismən sıx örtülüdür.

Sporlaması:[redaktə | mənbəni redaktə et]

Iyul-Sentyabr

Azərbaycanda yayılması:[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ, Lənk. oval. Ovalıqdan aşağı dağ qurşağına qədər, orta dağ qurşağında.

Yaşayış mühiti:[redaktə | mənbəni redaktə et]

Meşələrdə, kolluqlarda, bağlarda alaq kimi, çay dərələrində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti:[redaktə | mənbəni redaktə et]

Mal-qara, əsasən atlar üçün zəhərli bitkidir. Cavan zoğları P.aquiliunum (L.) Kuhn növünə yaxındır və bəzi ölkələrdə qidada istifadə olunur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016