Taxıl quyusu

Taxıl quyusu ən çox dağ kəndlərində, qismən də dağətəyi kəndlərdə geniş yayılmışdı. Taxılı nəmdən qorumaq üçün quyunun döşəməsinə ot-alaf, saman tökməkdən əlavə, bəzən divarlarına çətən və ya həsir çəkirdilər.

Sucaq ərazilərdə taxıl quyusu qazmaq əl vermirdi. Belə quyuda ancaq boyaq bitkisinin kökünü saxlayırdılar. Çünki boyaq kökü çox quruyanda özünün boyaq keyfiyyətini xeyli itirirdi. Boyaq bitkisi əkinləri tənəzzülə uğrayandan sonra boyaq quyusu da aradan çıxmışdır[1].

  1. Arif Mustafayev, Azərbaycanın maddi mədəniyyət tarixi. «Bakı Universiteti» nəşriyyatı , Bakı-2009, səh 123-124.