Taxo (isp. Tajo), və ya Teju (port. Tejo), lat. Tagus — Pireney yarımadasından axan uzun çay.
Taxo çayı | |
---|---|
isp. Tajo, port. Tejo | |
Ölkələr | |
Mənbəyi | İspaniya |
• Yüksəkliyi | 2 990 m |
Mənsəbi | Lissabon, Portuqaliya |
Uzunluğu | 1038 km |
Su sərfi | 500 m³/s |
Su hövzəsi | 80600 |
Hövzəsinin sahəsi | 80.602 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çay öz başlanğıcını İspaniya ərazisindən götürür və Lissabon rayonu ərazisində Atlantik okeana tökülür. Mənbəyi 1580 m yüksəklikdən başlayır. Uzunluğu 1038 km təşkil edir ki, bununda 716 km İspaniya ərazisindən, 47 km iki ölkə arasında sərhəddən və 275 km Portuqaliya ırazisindən axır. Hövzəsinin sahəsi 80 600 km², orta su sərfiyyatı 444 m³/s təşkil edir.
Taxo İspaniyanın Araqon, Kastiliya, Madrid və Estremadura vilayətləri ərazisindən axır. Çay Portuqaliya ərazisində Taju adlanır. İkili ad bəzən xəritələrdə yazılır. Çay Mar-da-Palya körfəzinə tökülür. Mar-da-Palya körfəzi bəzən onun estuarisi hesab edilir.
Taxonun axdığı ərazilərdə ən iri şəhərlər: Toledo (İspaniyada) və Lissabon (Portuqaliyada).
Çayda yerləşən adalardan birində Almourol qəsri yerləşir.