Tay əlifbası

Tay əlifbası (tay: อักษรไทย, Rom: àksŏn thai) 44 samitdən ibarət heca yazısıdır. 18 sait və 6 qoşa səsli hərf vardır. Hərflərdən 8-i yalnız PaliSanskrit mənşəli sözləri yazmaq üçün istifadə olunur.

Tay əlifbası
Yaranma tarixi 1283
ISO 15924 Thai
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi samitlər üçün birdən çox variant mövcuddur. Əslində bunlar müxtəlif səslər üçündür, lakin illər keçdikcə aralarındakı fərqlər də yox olmuşdur.

Tay dilində müxtəlif tonlarda tələffüz olunan sözlər müxtəlif mənalara malikdirlər və 5 tondan ibarətdir. Sözlər arasında boşluqdan istifadə edilmir, bunun əvəzində cümlənin sonuna qoyulur.

Samitlər soldan sağa üfüqi, nitqdə samitdən sonra gələn saitlər isə yuxarı, aşağı, sol və ya sağ tərəfə və ya bunların birləşməsi ilə yazılır.