Taytao (isp. Península de Taitao) — Cənubi Amerikanın qərb sahillərində Çili ərazisində yerləşir.
Taytao yarımadası | |
---|---|
Península de Taitao | |
Yerləşməsi | |
46°30′ c. e. 74°25′ q. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkə | Çili |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Uzunluğu 124 km, eni 115 km təşkil edir. Ən hündür nöqtəsi — 1372 m. Yarımada Pataqoniya Andlarına bitişikdir. Beləki yarımada materikə Ofqui bərzəği vasitəsi ilə birləşir. Yarımadanı cənubdan Penyas körfəzinin suları yuyur. Ərazi kəskin parçalanmışdır və Fiordlarla zəngindir. Ərazidə San-Rafael buzlağı yerləşir. Səthi dağlıqdır, həmişəyaşıl meşələrlə örtülüdür. 1945-ci ildən yarımadada San Rafael mili parkı fəaliyyətə başlamışdır. Yarımadada çoxlu sayda göl vardır. Onlardan ən irisi Presidente-Rios gölüdür.