Tbilisi Şəhər Şurası

Tbilisi Şəhər Şurası (gürc. თბილისის საკრებულო) — Gürcüstanın Tbilisi şəhəri hökumətində nümayəndəlik orqanı. Şura 1991-ci ildə ölkənin SSRİ-dən müstəqilliyini elan etdiyi vaxt aparılan islahatlar nəticəsində təkcə Tbilisidə deyil, bütün Gürcüstanda yerli hakimiyyətin qanunverici orqanı kimi yaradılmışdır.[1]

Tbilisi Şəhər Şurası
თბილისის საკრებულო
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1991
İdarə heyəti
Sədr Giorgi Tkemaladze
Quruluşu
Üzvlərin sayı 50

Hakim (29) *      Gürcü Arzusu (29) Azlıq (21) *      Vahid Milli Hərəkat (13) *      Gürcüstan Uğrunda (4) *      Lelo (2) *      Girchi - Daha çox Azadlıq (1) *      Xalq Naminə (1)Hakim (29)

Azlıq (21)

Seçkilər
Səsvermə sistemi Qarışıq üzvlü proporsional təmsilçilik
Sonuncu seçkilər 2 oktyabr 2021
Məclis binası
Sayt
tbsakrebulo.gov.ge
tbsakrebulo.gov.ge/?lng=…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şura üzvləri qarışıq seçki sistemi ilə seçilir. 50 yerdən 40-ı şəhərin yerli rayonlarında birbaşa seçkilər yolu ilə seçilir. Qalan 10 üzv siyasi partiyalar tərəfindən seçilir və onların dəstəyinə görə şəhər daxilində bölüşdürülür. 2021-ci ildən Şuraya hakim "Gürcü Arzusu"ndan 29, Vahid Milli Hərəkatdan 13, "Gürcüstan Uğrunda"dan 4, "Lelo"dan 2, "Girçi – Daha çox Azadlıq" partiyasından 1 və "Xalq Naminə" partiyasından 1 deputat var.[2]

  1. Losaberidze, Joseph. "The problem of nationalism in Georgia" (PDF). NATO Office of Information and Press. June 1998. 2012-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-05-20.
  2. "Protocol elected municipal council members and mayors 2021" (PDF) (gürcü). CESKO Central Election Commission. İstifadə tarixi: 2022-07-16.[ölü keçid]