Teatrşünaslıq

Teatrşünaslıqteatr sənətini öyrənən, təhlil və tədqiq edən elm.

Teatrşünaslığın üç əsas qolu var:

  1. Teatr tarixinin tədqiqi, öyrənilməsi.
  2. Teatr təndiqi və çağdaş teatr prosesinin operativ araşdırılması, işıqlandırılması, resenziyaların, təhlili məqalələrin yazılması. Teatrda mövcud olan müxtəlif problemlərin (aktyor yaradıcılığında, rejissor üslubunda, repertuar seçimində və sair) operativ elmi müzakirəsi.
  3. Teatr elminin nəzəri-estetik əsaslarının öyrənilməsi.
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. Bakı, 2017. s.300