Teberdo itburnu


Teberdo itburnu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Növün arealı Qərbi Elbrusdan Teberda çayının vadisinədək olan əraziləri əhatə edir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Cinnamomea DC. seksiyasına daxil olub, R.sosnovskiana Tamamsch. və R.roopaei Lonaez. növlərinə yaxındır. Hündürlüyü 2-3 m-ə çatan, budaqları açıq-qəhvəyi rəngdə olan kol bitkisidir.Gövdəsində qalın iynələri vardır.Yarpaqları ellipsvari,uzunluğu 3,7 sm uzunluğunda, 2,6 sm enində, üst hissədən yaşıl, çılpaq, alt hissədən ağımtıl-yaşıldır. Çəçəkləri çəhrayıdır. Çiçək saplağı hamar, çılpaqdir. Meyvə yumru, yetişdikdə hamar və tünd-qəhvəyi rəngdədir. Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü may-iyun aylarına təsadüf edir. Bu növlərin arealları qafqaz və subqafqaz tiplidir.


Ekologiyası[redaktə | mənbəni redaktə et]

Su və rütubətsevən bitkidir. Soyuğa davamlıdır. Yaxşı drenajlı torpağa, günəşli yerə üstünlük verir. Quru, daşlıq yamaclarda, kolluqlarda, dağlıq, çəmənlik terraslarda bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da və Böyük Qafqazda yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada rast gəlinmir. Müxtəlif xəstəliklərin müalicəsində yarpaq və çiçəklərindən alınan ekstraktlarda istifadə olunur.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild[ölü keçid]": Bakı: "Elm"-2018. http://dendrologiya.az/page_id=112[ölü keçid]
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.