Tehran Mustafayev

Tehran Əlişanoğlu (Tehran Əlişan oğlu Mustafayev; 16 yanvar 1960, Bakı) — AMEA-nın müxbir üzvü (2017),[1] ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist.

Tehran Əlişanoğlu
Tehran Əlişan oğlu Mustafayev
Doğum tarixi 16 yanvar 1960(1960-01-16) (64 yaş)
Doğum yeri
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adları AMEA-nın müxbir üzvü, Professor
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tehran Əlişanoğlu 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1983–1989-cu illərdə orta məktəb müəllimi, 1989–2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994–1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993–1995-ci illərdə AMEA-nın "Elm" qəzetində, 1996–2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır.1998-ci ildə Azərbaycan Yazıçılar birliyinə daxil olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1985–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. "Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960–1980-ci illər)" mövzusunda namizədlik (1990), "XX əsr Azərbaycan nəsrinin poetikası" mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir. Filologiya elmləri doktoru, professordur. Mətbuatda 1981-ci ildən çıxış etməyə başlamış, ədəbi-tənqidi və publisist yazıları ilə "Ədəbiyyat və incəsənət", "Elm", "Qala", "Mübarizə", "Yeni müsavat" qəzetlərində görünmüşdür. 1995-ci ildən başlayaraq ədəbi köşə yazıları ilə ardıcıl "Press-fakt" (1995–1997, 2000), "Ədəbiyyat qəzeti" (1996–2004), "Rezonans" (1998–1999), "Ekspress" (1999), "Bizim əsr" (1999, 2001–2002), "Yeni Azərbaycan" (2003) qəzetlərində çıxış etmiş, çağdaş ədəbi-tənqidi prosesin ən fəal fiqurlarından biri kimi tanınmışdır. Azərbaycan ədəbi internetinin əsasını qoyan "YeniSi" www.yenisi.net saytının (2002) yaradıcılarından biridir. Marağını ilk növbədə çağdaş ədəbiyyat, onun nəzəriyyəsi və praktikası məşğul edir. "Tənqid.net" jurnalını (2006) təsis etmişdir. 21 kitab, yüzlərlə məqalə müəllifidir.

Ədəbi imzaları

[redaktə | mənbəni redaktə et]

T. Mustafayev, Tehran Mustafayev, Əlişanoğlu, T. Mustafayi, Tehran Əlişanoğlu, T. Alişan, Tehran, Neqə, Sadiq Vəli və s.

  1. Azərbaycan sovet ədəbi tənqidində üslub müxtəlifliyi (1960–1980-ci ilər)[2]
  2. Yaşar Qarayev. Şəxsiyyəti və ömür yolu — Monoqrafik oçerk[3]
  3. Əsrdən doğan nəsr (XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası) — Monoqrafiya[4]
  4. Azərbaycan nəsri sosializm realizmi çevrəsində — Monoqrafiya[5]
  5. Azərbaycan yeni nəsri — Monoqrafiya.[6]
  6. Azərbaycan, Azərbaycan (elmi-publisistik oçerk)[7]
  7. XX əsr Azərbaycan nəsrinin poetikası — Monoqrafiya[8]
  8. "Müasir Azərbaycan ədəbiyyatı" fənnindən Proqram – Jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrası üzrə proqramlar kitabında[9]
  9. Əjdər Olun könül savaşı. Monoqrafiya[10]
  10. Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi. Monoqrafiya[11]
  11. Müstəqillik illəri Azərbaycan ədəbiyyatı. Ali məktəblərin magistratura pilləsi üçün dərslik[12]
  12. "Azərbaycan ədəbiyyatı" üzrə magistr hazırlığı üçün proqramlar ("Folklor və ədəbiyyat"; "Müasir Azərbaycan ədəbiyyatı"; "Müasir ədəbi proses")[13]
  13. "Nəsrdə Qarabağ müharibəsinin aspektləri". Monoqrafiya[14]
  14. Azərbaycanşünaslığa giriş: — Dərs vəsaiti[15]
  15. "Müstəqillik körpüsünü keçənlər"[16]
  16. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", iki cilddə (kollektiv) — Monoqrafiya[17]
  17. Milli nəsrdə Azərbaycan obrazı: tarix və müasirlik kontekstində[18]
  18. Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova)[19]
  19. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə: məqalələr.[20]
  20. Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. — (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova)[21]
  21. T. Mustafayinin ədəbiyyat söhbəti: Ədəbi-tarixi esse[22]
  1. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  2. Azərbaycan sovet ədəbi tənqidində üslub müxtəlifliyi (1960–1980-ci ilər) — Bakı, 1990.
  3. Yaşar Qarayev. Şəxsiyyəti və ömür yolu — Monoqrafik oçerk. Sabah, Bakı, 1996–1,5 ç.v.
  4. Əsrdən doğan nəsr (XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası) — Monoqrafiya. Elm, Bakı, 1999–6,3 ç.v.
  5. Azərbaycan nəsri sosializm realizmi çevrəsində — Monoqrafiya. Elm, Bakı, 1999–6,2 ç.v.
  6. Azərbaycan yeni nəsri — Monoqrafiya. Elm, Bakı, 1999–8 ç.v.
  7. Azərbaycan, Azərbaycan (elmi-publisistik oçerk) — Nurlan, Bakı, 2005.
  8. XX əsr Azərbaycan nəsrinin poetikası — Monoqrafiya. Elm, Bakı, 2006
  9. "Müasir Azərbaycan ədəbiyyatı" fənnindən Proqram – Jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrası üzrə proqramlar kitabında, Bakı, 2008
  10. Əjdər Olun könül savaşı. Monoqrafiya. – Bakı, 2008
  11. Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi. Monoqrafiya. – Bakı, 2009
  12. Müstəqillik illəri Azərbaycan ədəbiyyatı. Ali məktəblərin magistratura pilləsi üçün dərslik. – Bakı, 2013
  13. "Azərbaycan ədəbiyyatı" üzrə magistr hazırlığı üçün proqramlar ("Folklor və ədəbiyyat"; "Müasir Azərbaycan ədəbiyyatı"; "Müasir ədəbi proses") – Bakı, 2013
  14. "Nəsrdə Qarabağ müharibəsinin aspektləri". Monoqrafiya. — BQU nəşriyyyatı, Bakı, 2013
  15. Azərbaycanşünaslığa giriş: — Dərs vəsaiti. — BSU, Bakı, 2014
  16. http://www.anl.az/down/meqale/525/2015/fevral/419491.htm Arxivləşdirilib 2022-03-05 at the Wayback Machine"Müstəqillik körpüsünü keçənlər" . — Elm və təhsil nəşriyyyatı, Bakı, 2015
  17. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", iki cilddə (kollektiv) — Monoqrafiya. "Elm və təhsil", Bakı, 2016
  18. Milli nəsrdə Azərbaycan obrazı: tarix və müasirlik kontekstində. — Elm və təhsil, Bakı, 2017
  19. Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova). — Elm və təhsil, Bakı, 2018
  20. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə: məqalələr. — Elm və təhsil, Bakı, 2018
  21. Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. — (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova). — Elm və təhsil, Bakı, 2019
  22. T. Mustafayinin ədəbiyyat söhbəti: Ədəbi-tarixi esse. Alatoran, Bakı, 2020