Tehran Universiteti — (farsca: دانشگاه تهران, Dāneshgāh-e Tehran) İranın paytaxtı Tehran şəhərində yerləşən ali təhsil müəssisələrindən biri.
Tehran Universiteti | |
---|---|
دانشگاه تهران[1] | |
35°42′12″ şm. e. 51°25′10″ ş. u.HGYO | |
Əsası qoyulub | 1934[1][2] |
Tip | Dövlət |
Tələbə sayı | 50.448 |
Şəhər | Tehran |
Ölkə | |
Sayt | ut.ac.ir |
Vikianbarda əlaqəli mediafayllar |
Tehran Universitetinin əsası isə 1933-cü ildə qoyulub. Bu, İranın ilk dövlət universiteti və ölkədə ən böyük universitetdir.
1999-cu ilin yayında Tehran Universitetinin tələbələri digər universitetlərə qarşı iğtişaş törətmiş və 6 gündən sonra bu qarışıqlıq yatırılmışdır.
Tehran Universiteti dövlət universiteti olaraq, İranın ən böyük ali təhsil mərkəzidir. Bu universitet İranda ali təhsilin simvolu olaraq adlandırılır. Tehran Universitetində 25 fakültə, 9 kampus və 16 tədqiqat mərkəzi, 6 elmi-tədqiqat institutu və 3 YUNESKO kafedrası, 19 elmi qütbü var. Tehran Universiteti 22.000 kvadratmetrdən çox sahəsi olan və doqquz mərtəbədən ibarət olan İranın ən böyük universitet kitabxanasına malikdir. Hazırda universitetdə 139 ixtisaslaşdırılmış jurnal var, Elm, Tədqiqat və Texnologiya Nazirliyində onlardan 97 jurnalın elmi-tədqiqat dərəcəsi və reytinqi var. 2021-ci ildə Times of Asia reytinqində Tehran Universiteti 104-cü yerdə qərarlaşıb.[4]
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |