Tehran Vəliyev

Vəliyev Tehran İmran oğlu — tərcüməçi, jurnalist, redaktor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997).

Tehran İmranoğlu Vəliyev
Doğum tarixi
Doğum yeri Mahmudlu, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (61 yaşında)
Vəfat səbəbi Ağciyər xərçəngi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili ADU-nun Jurnalistika fakültəsi
İxtisası tərcüməçi, jurnalist, redaktor
Fəaliyyəti yazıçı

Tehran Vəliyev 1954-cü il fevralın 18-də Azərbaycan Respublikası, Cəbrayıl rayonu Mahmudlu kəndində anadan olub.

Həmin rayondakı Şükürbəyli kənd orta məktəbini bitirdikdən sonra, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. 1978-1980-ci illərdə "Texniki Tərəqqi Uğrunda" jurnalında ədəbi işçi, 1980-1984-cü illərdə "Azərbaycan Təbiəti" jurnalında tərcüməçi, 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatı, Poliqrafiya və Kitab Ticarəti Komitəsində böyük redaktor, 1988-1989-cu illərdə "Gənclik" nəşriyyatında böyük redaktor, 1989-1992-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində Qərb ədəbiyyatı şöbəsinin müdiri, 1992-1993-cü illərdə "Azərbaycan" qəzetində İnformasiya şöbəsinin müdiri, baş redaktorun birinci müavini, 1993-2011-ci illərdə "Maarif" nəşriyyatının baş redaktoru, 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Nəşriyyat şöbəsinin müdir müavini, 2006-2015-ci illərdə nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin informasiya və reklam sektorunun müdiri, daha sonra isə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.

2015-ci il, fevralın 18-i 61-ci yaş günündə ağciyər xərçəngi xəstəliyindən vəfat edib.

İki qızı, bir oğlu var.

Tehran Vəliyev əsasən bədii tərcümə ilə məşğul olub. İngilis, rus və türk dillərindən tərcümələr edib. Eyni zamanda bir sıra siyasi, elmi, pedaqoji və hüquqi ədəbiyyat nümunələrini dilimizə çevirib.

Müsahibələri

[redaktə | mənbəni redaktə et]
  • "Mən mətni öz içimdən keçirməsəm, tərcümə eləyə bilmərəm". Tehran Vəliyevlə müsahibə. "Ulduz" jurnalı, №7, 2003.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

Bədii ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

1.Cerome Devid Selincer. Roman, povest, hekayələr. "Dünya Ədəbiyyatı Kitabxanası" seriyası. Bakı: Yazıçı, 1990, 390 səh. (ingiliscədən)

  1. Banan balığının asan ovlanan günü Arxivləşdirilib 2017-05-25 at the Wayback Machine
  2. Topal dovşanın Konnektikat səfəri Arxivləşdirilib 2017-05-31 at the Wayback Machine
  3. Eskimoslarla müharibə ərəfəsində Arxivləşdirilib 2017-05-31 at the Wayback Machine
  4. Gülən adam Arxivləşdirilib 2017-04-30 at the Wayback Machine
  5. Qayıqda Arxivləşdirilib 2017-04-09 at the Wayback Machine
  6. Esmeyə - həm sevdalı, həm də murdar
  7. Pənbə göyçək dodaqlar və o yaşılı gözlər
  8. Domye Smitin mavi dövrü
  9. Teddi

2.Bajov Pavel Petroviç. Hekayələr. "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasından XLVII cilddə. Bakı: Gənclik, 1989. (ruscadan)

  • Gümüş dırnaq
  • Göyməcə qarının quyusu
  • Qızılsaç
  • Tayutkanın güzgüsü
  • Qartal lələyi

3. "Qırmızı-qırmızı qızılgül". Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 1998, 856 səh. (ingiliscədən)

  • Cerome Devid Selincer. Çovdarlıqda uçurumdan qoruyan (roman);
  • Uilyam Folkner. Hekayələr ( 59-447; 624-759-cu səh.-lər)
  1. İki əskər
  2. Quraq sentyabr
  3. Emili üçün qızılgül
  4. O gün şər qarışanda

4. Maqsud İbrahimbəyov. Bütün yaxşılıqlara görə ölüm (povest). Bakı: Gənclik, 1989. (ruscadan)

Jurnal və qəzetlərdə dərc olunan bədii tərcümələr

[redaktə | mənbəni redaktə et]
  • Cerome Devid Selincer. Çovdarlıqda uçurumdan qoruyan (roman). "Xəzər" jurnalı, №1, 1989.
  • Frensis Skot Fitscerald. Yenidən Babildə (hekayə). "Azərbaycan" jurnalı, №
  • Frensis Skot Fitscerald. "Ritz" oteli boyda olmaz. "Xəzər" jurnalı, №1, 2012.
  • Uilyam Folkner. Həmin gün şər qarışanda (hekayə). "Azərbaycan" jurnalı, №
  • Uilyam Folkner. Avqust işığı (roman). "Xəzər" jurnalı, 1-2-ci fəsillər, № 3, 2005; 3-4-5-ci fəsillər, №4, 2005; 5-6-7-ci fəsillər, №1, 2006; №2-4, 2006; №1, 2007
  • Suzen Hill. Bir az mahnı, bir az rəqs (hekayə), “Azərbaycan” jurnalı, №
  • Stiven Kinq. Sonuncu pillə (hekayə), “Yol” qəzeti, № 6 (18), İyun 1992
  • Ernest Heminquey. Bəyaz fillərə bənzər təpələr (hekayə), “525-ci qəzet”, № 41 (387), 4 mart 1999
  • Ross Makdonald. Hamıyla düşmən (roman), “Zaman” qəzeti, № 29,31,34,43,47,52,57,62,67,72,77,82,879 (16,18, 23 fevral, 6,13,20,27 mart, 3,10,17,24 aprel, 1,8 may 1999) - ruscadan; qəzetin romanın dərcini davam etdirmək istəməməsi səbəbindən yarımçıq qalmışdır.
  • Ceyms Coys. Bacılar (hekayə). “Xəzər” jurnalı, № 2, 2004.
  • Cerome Devid Selincer. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2009. Sərəncam.
  • Uilyam Folkner. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2011. Sərəncam
  • NEMƏT KELİMBETOV. Ümidimi itirmək istəmirəm, Bakı, Təhsil, 2012
  • NEMƏT KELİMBETOV. Oğluma məktublar. Bakı, Təhsil, 2014. 192 səh.
  • Elvira Araslı. İnsan və onun zamanı. Bakı. Apastrof çap evi 2012159 səh
  • Maqsud Ibrahimbəyov. Hava məbədi(povest) Baki. 2006. Avrasiya mət.

siyasi və hüquqi ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • R.F.İvanov. Dvayt Eyzenhaver. “İşıq”, Bakı, 1985, 334 səh. (kitabın IV fəsli – 150-334 səh.)
  • İnsan Hüquqlarına dair mexanizm. Bakı, “İNAM” Plüralizm Mərkəzi,1999, 36 səh.
  • Uşaq hüquqları. “İNAM” Plüralizm Mərkəzi, Bakı, 1999, 44 səh.
  • Əməkçi miqrantların hüquqları. Bakı, “İNAM” Plüralizm Mərkəzi,1999, 28 səh.
  • İnsan hüquqları və qaçqınlar. Bakı, “İNAM” Plüralizm Mərkəzi, 1999, 32 səh.
  • İnsan hüquqlarının qorunması və təşviqi ilə məşğul olan milli təsisatlar. Bakı, “İNAM” Plüralizm Mərkəzi, 1999, 24 səh.
  • İNSAN HÜQUQLARI: Bəşər rifahının təməli. Bakı,“İNAM” Plüralizm Mərkəzi, 2001, 608 səh. (418- 608).
  • ABŞ Dövləti – Ümumi çizgilər, ABŞ Dövlət Departamenti, Beynəxalq İnformasiya Proqramları İdarəsi, 2005-ci il. 120 səh.
  • ABŞ İqtisadiyyatı – Ümumi cizgilər, ABŞ Dövlət Departamenti, Beynəxalq İnformasiya Proqramları İdarəsi, 2005-ci il. 158 səh.
  • Liberallaşma və Leninçi İrslər. Demokratik keçidlər haqqında müqayisəli perspektivlər.“İNAM” Plüralizm Mərkəzi, 2005-ci il. 254 səh.
  • V.Litvin. Vətəndaş cəmiyyəti: miflər və reallıq, “III SEKTOR” jurnalı, № 1
  • M.Cəmilov. Son söz. “III SEKTOR” jurnalı, № 1
  • Fiantropiya məşhurları (Uill Keyt Kelloq / Con D.və Katerina T. Makartur). “III SEKTOR” jurnalı, № 1, 2002-ci il.
  • Frensis Fukuyama. Demokratiyanın gələcəyi: Mədəniyyətin üstünlüyü. “III SEKTOR” jurnalı, № 2, 2003-cü il.
  • Çex Parlamentinin dekommunizasiya aktı. “III SEKTOR” jurnalı, № 2, 2003-cü il.
  • Fiantropiya məşhurları (Lindi və Harri Bredli / Corc Soros). “III SEKTOR” jurnalı, № 2, 2003-cü il.
  • Carlz H. Feyrbanks. Qafqazda və Mərkəzi Asiyada puça çıxan ümidlər. “III SEKTOR” jurnalı, № 3, 2003-cü il.
  • Nensi Reyqan. Ronald Reyqan. Mən bu mikrofonun pulunu vermişəm, mister Qrin! “III SEKTOR” jurnalı, № 3, 2003-cü il.
  • Fiantropiya məşhurları ( Con Hopkins). “III SEKTOR” jurnalı, № 3, 2003-cü il.
  • Brenda Şaffer. Müsəlman xarici siyasəti mövcuddurmu? Xəzər hövzəsi məsələsi. “III SEKTOR” jurnalı, № 4, 2004-cü il.
  • Arif Kəskin. ABŞ – Güney Azərbaycan və iranlılıq kimliyi böhranı. “III SEKTOR” jurnalı, № 4, 2004-cü il.
  • Paula L. Sabloff. Uzun yol. Çingiz xanın demokratik irsi. “III SEKTOR” jurnalı, № 4, 2004-cü il.
  • Cin B. Elştayn. Dörd igid qadın. “III SEKTOR” jurnalı, № 4, 2004-cü il.
  • Neyl Makfarleyn. Qafgaz perspektivləri. “III SEKTOR” jurnalı, № 5, 2004-cü il.
  • Erik Çenovet, İrena Lasota. Plüralizm mərkəzləri kommunizm xarabalıqları üzərində yeni azad cəmiyyətin qurulmasına xidmət edir. “III SEKTOR” jurnalı, № 5, 2004-cü il.
  • İvan Krastev. Antiamerikan əsri başlayırmı? “III SEKTOR” jurnalı, № 6, 2004-cü il.
  • Ladan Borumənd və Röya Borumənd. Terror, İslam Və Demokratiya. “III SEKTOR” jurnalı, № 6, 2004-cü il.
  • Nəriman Qasımoğlu. Qafqaz regionunun bugünkü reallıqlarında İslamın adaptasiya problemləri. “III SEKTOR” jurnalı, № 6, 2004-cü il.
  • Stiven Sestanoviç. Rusiya Demokratiyasının qürubu. . “III SEKTOR” jurnalı, № 7, 2004-cü il.
  • Hikmət Hacızadə. Müsəlman dünyasında nələr baş verir və Azərbaycanda din azadlığnın gələcəyi. “III SEKTOR” jurnalı, № 7, 2004-cü il.
  • İvan Lozovoy. Hər xalqın öz yolu. “III SEKTOR” jurnalı, № 1(16), 2005-ci il.
  • Leyla Əliyeva. Dağılmış cəmiyyətlərin yenidən qurulması demokratik islahatlardan asılıdır. “III SEKTOR” jurnalı, № 1(16), 2005-ci il. (ingiliscədən)
  • Bob Edvards. Vətənadaş cəmiyyətinin paradoksları. “III SEKTOR” jurnalı, № 1 (16), 2005-ci il. (ingiliscədən)
  • Nayirə Tohidi. Qadınlar və QHT. “III SEKTOR” jurnalı, № 1(16), 2005-ci il. (ingiliscədən)
  • Yozef Matskeviç. Şoloxova məktub. “III SEKTOR” jurnalı, № 2 (17), 2005-ci il.
  • Rəngli inqilablar. “III SEKTOR” jurnalı, № 2 (17), 2005-ci il.
  • Milat Cumayev. Oydın Dinarov. Özbəkistan harayı. “III SEKTOR” jurnalı, № 2 (17), 2005-ci il.
  • Eldar Zeynalov. Helsinki ruhu hələ də yaşayır. “III SEKTOR” jurnalı, № 2 (17), 2005-ci il.
  • Vətəndaş cəmiyyətinin şərtləri. “III SEKTOR” jurnalı, № 2 (17), 2005-ci il.
  • İvlian Haindrava. Cənubi Qafqaz Avropa yolunda. “III SEKTOR” jurnalı, № 3 (18), 2005-ci il.
  • Rasim Musabəyov. Binəsiblərin qiyamı. “III SEKTOR” jurnalı, № 3 (18), 2005-ci il.
  • Ilham Məmmədzadə. Rəcəb Səttarov. Tahir Fərəcov. Əhali həm də vətəndaşdırmı? “III SEKTOR” jurnalı, № 3 (18), 2005-ci il.

Pedaqoji ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • 1. Kristen A.hansen, Roksana K.Kaufman, Stefan Sayfer.Təhsil və Demokratiya Mədəniyyəti: Kiçik yaşlı uşaqlar üçün pedoqoji metodika.Bakı, “Maarif” nəşriyyatı, 1999. 128 səh.
  • 2. Bev Maeda. Müxtəlif yaşlılar sinfi. Bakı, “Yeni Nəsil”, 2001. 114 səh.
  • 3. Uşağa istiqamətləndirilmiş tədris proqramı. Bakı, “Yeni Nəsil”,2003. 230 səh.(142- 230)
  1. Dvayt Rocers, Coy Mermin, Meri Cenn. Özünütədqiq vasitəsilə öz təlim üsulunu daha yaxşı anlamağa nail olma
  2. Debora DİFFİLİ. Layihə üsulu:bağça uşaqlarının yaratdığı muzey-sərgi
  3. Şarin Abramoson, Roksano Robinson, Keti Ankenman. Fərqli uşaqlara layihə işi
  4. Merilin A.Şirer, Ernest Dittore, Conifer Sayfers.Mövzudan kənara çıxın:törəmə tədri splanı
  5. Barbara K.Keoq.Temperament və təlim: “faydalı uyğunluğ”un mənası
  6. Davranışı təsvir etməyin öyrənilməsi
  7. Viqotski nəzəriyyəsi və kiçik yaşlı uşaqların təlimi
  8. Ümimi sinif təlimatı nə vaxt münasibdir?
  9. Qiymətləndirmə Viqotski metodu
  10. Recio Eniliya
  11. Kiçik uşaqların təliminə ümumi baxış
  • 4. Linda Li Ratto. Yuxuların çin olduğu yerdə (povest). Bakı, “QAPP-POLİQRAF” , 2005-ci il. 148 səh.

Müəllif məqalələri

[redaktə | mənbəni redaktə et]

Yokpanotofa qraflığının yeganə sahibi və hökmdarı Uilyam Folkner. “Xəzər” jurnalı, № 3, 2005

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]