Teizm seminarları (Mütəhhəri)

Teizm seminarlarıMürtəza Mütəhhərinin elmi-fəlsəfi əsəri.

Teizm seminarları
Kitabın azərbaycanca 2-ci nəşrinin üz qabığı
Kitabın azərbaycanca 2-ci nəşrinin üz qabığı
Müəllif Mürtəza Mütəhhəri
Orijinalın dili Farsca
Ölkələr İran İran
Nəşriyyat Parlaq İmzalar
Nəşr Yumşaq
Səhifə 408
ISBN ISBN 978-9952-5089-3-2

Məzmun[redaktə | mənbəni redaktə et]

Bu kitab M. Mütəhhərinin “teizm” mövzusunda etdiyi on altı çıxışının və həmin seminarda iştirak edən alimlərlə elmi diskussiyalarının məhsuludur.

Kitab kifayət qədər maraqlı, dövrü üçün yeni olan mövzularla zəngindir. Kitabın birinci hissəsində Allahın varlığının isbatı üçün konkret olaraq üç yol göstərilir və bu yollar ətrafında ayrı-ayrılıqda geniş elmi, fəlsəfi müzakirələr aparılır, güclü dəlillər irəli sürülür.

İkinci hissədə isə diqqət çəkən mühüm mövzu “teizm və təkamül nəzəriyyəsi” haqqındakı müzakirələrdir. Bu mövzuda Mütəhhəri bir çox İslam alimlərindən fərqli olaraq yeni, maraqlı yanaşma ortaya qoyur; o sübut edir ki, əslində, Allahın varlığı mövzusu ilə Darvinin Təkamül nəzəriyyəsi heç bir halda toqquşmur.

İstinadlar[redaktə | mənbəni redaktə et]


Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]