Tele gölü (fr. Lac Télé) — Mərkəzi Afrika regionunda yerləşən göl. Konqo Respublikasının şimal-şərqində yerləşir.
Tele gölü | |
---|---|
fr. Lac Télé | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 319 m |
Eni | 5 km |
Uzunluğu |
|
Sahəsi | 23 km² |
Dərin yeri | 4 m |
Yerləşməsi | |
1°20′ şm. e. 17°09′ ş. u. | |
Ölkə | Konqo Respublikası |
|
Onun sahəsi 23 km², su həcmi 71 mln m³-dir. Demək olar ki, dairəvi formaya malikdir (6 km uzunluğa və 5 km enə malikdir). Konqo çayına axan qolla birləşir.
Gölün yerləşdiyi rayonda iri Qərb düzənlik qorillası populyasiyası vardır. Onların sayı 100 000 baş olaraq qiymətləndirilir[1]