Teleologiya

Teleologiya (lOH.talos — nəticə, məqsəd və …logiya) məqsəd və məqsədəuyğunluq doktrinasıdır. Bu təlim məqsədləri (məqsədə uyğunluğu və ya məqsədə yönəldilmə qabiliyyətini) Tanrı tərəfindən müəyyən edilən (H. Volf) və ya təbiətin daxili səbəbləri hesab edilən (Aristotel, Q. Leybnits) təbiət hadisə və proseslərinə aid edir. Teleoloji anlayışlar arasındakı fərqlərdən asılı olmayaraq, onların hamısı təbiətdə və cəmiyyətdə baş verən prosesləri antropomorfizm ruhunda dərk etmək, yəni onların insan fəaliyyəti kimi əvvəlcədən müəyyən edilmiş hansısa məqsədə uyğun olduğunu təsəvvür etməklə xarakterizə olunur.

Hüquqşünaslıqda

[redaktə | mənbəni redaktə et]

Hüquqşünaslıqda qanunların teleoloji təfsirin metodu həmçinin məqsədyönlü metod adlanır. Savinyiyə görə, qanunun məqsədi "qanunun nail olmağı nəzərdə tutduğu effekt" deməkdir.[1]

  1. "Arxivlənmiş surət". 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.