İsmayılov Telman Mərdan oğlu (26 oktyabr 1956, Göyçay rayonu) — Rusiyada yaşayan biznesmen və AST Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderi.
Telman İsmayılov | |
---|---|
Doğum tarixi | 26 oktyabr 1956 (67 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | Dağ yəhudisi[1] |
Təhsili | |
Fəaliyyəti | iş adamı, sahibkar, maliyyəçi[d], mesenat[d], qastronomçu |
Telman İsmayılov 1956-cı ildə Göyçay rayonunda anadan olub.
1973-1976-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil aldığı bildirilir, lakin təhsil müəssisəsi bu məlumatı təkzib edib.[2]
Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa olunub. 23 may 2009-cu ildə "Mardan Palace" otelinin açılış mərasimi olmuşdur. Otelin açılış mərasiminə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və dünya şöhrətli müğənnilər dəvət olunmuşdur. Otelin tikintisi 1,4 milyard dollara başa gəlmişdir.[3][4]
İki oğlu, Ələkbər və Sərxan, ailə biznesində fəal iştirak edirlər.[5]
Məlumatlara görə Telman İsmayılov Türkiyənin "Antalyaspor" klubunu satın almaq istəyir. Hazırda onun oğlu "Antalyaspor"un vitse-prezidentidir.[6]
Azərbaycandan olan biznesmen Türkiyədə türk vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib. T. İsmayılov Türkiyəni çox sevdiyini və özünün də türk olduğunu bildirib: "Rusiya pasportum var, ancaq Türkiyəyə aşiqəm. Bu səbəblə vətəndaşlığa keçmək üçün müraciət etdim"[7]. Telman İsmayılov Avrasiya Yəhudi Kongresinin vitse-prezidentidir.[8] Dağ yəhudilərindən[9] olan Telman İsmayılovun sərvətinin 3 milyard dollar olduğu təxmin edilir.[10] İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirmişdir.[mənbə göstərin]