Telman Həmid oğlu Abdullayev (1 may 1962, İnəkboğan, Gədəbəy rayonu – 3 may 1994, Qapanlı, Tərtər rayonu) — Azərbaycanlı şəhid.
Telman Abdullayev | |
---|---|
Telman Həmid oğlu Abdullayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 3 may 1994 (32 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | 3 |
Atası | Həmid Abdullayev |
Anası | Sona Abdullayeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | A.R. Silahlı Qüvvələri |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1991-1994 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Abdullayev Telman Həmid oğlu 1 may 1962-ci ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olmuşdur. 1979-cu ildə İnəkboğan kənd orta məktəbini bitirmişdir. Həmin ildə həqiqi hərbi xidmətə çağırılmış və Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən döndükdən sonra yenidən könüllü olaraq orduya getdi. 3 may 1994-cü ildə Tərtər uğrunda gedən döyüşlərdə Qapanlı kəndində şəhid oldu. Ailəlidir. 3 övladı var.