Həsənov Telman Yelmar oğlu (15 noyabr 1939, Kərkicahan – 31 oktyabr 1991, Kərkicahan) — şəhid.
Telman Həsənov | |
---|---|
Telman Yelmar oğlu Həsənov | |
Doğum tarixi | 15 noyabr 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 1991 (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Həyat yoldaşı | Nərgiz Həsənova |
Uşaqları | Rəhman Həsənov və Hicran Həsənova |
Milliyyəti | azərbaycanlı |
Telman Həsənov 15 noyabr 1939-cu ildə Xankəndi şəhəri yaxınlığındakı Kərkicahan kəndində dünyaya gəlmişdir. Təhsilini Xankəndi şəhəri 4 saylı tam təmayüllü orta məktəbində alır. Məktəbi 1956-cı ildə qızıl medalla bitirir və Bakı Yanğından Mühafizə İdarəsi nəzdindəki İnstitutda dərs alır. Sonra bir müddət həmin komandanlıqda işləyir. 1963-cü ildə Xankəndidəki yanğından mühafizə alayına göndərilir. 1968-ci ildə ailə həyatı qurur. 1975-ci ildə ermənilərin fitnəsi ilə vəzifəsindən çıxarılır. 1984-cü ildən Xankəndi və Xocalı tikinti idarələrində iş icraçı işləyir.[1]
Telman Həsənov 1988-1991-ci illərdə Dağlıq Qarabağdakı proseslərdə torpaqların müdafisində fəal iştirak edir. Xankəndidə azərbaycanlılardan ibarət birinci könüllü dəstəsinin başçısı olur. 30 sentyabr 1991-ci ildə ermənilər Kərkicahanı güclü atəşə tuturlar. Bu zaman güllələrdən biri onun ürəyinə dəyir və o, şəhid olur. Atışma o qədər güclü olmuşdur ki, onun meyitini 5 saat ərzində çıxartmaq mümkün olmur. Şuşa şəhərində dəfn olunmuşdur.[2]