Telman Hacıyev (mühəndis)

Hacıyev Telman Muxtar oğlu — elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hidrotexniki qurğular və hidravlika” kafedrasının professoru, hidrotexniki tikinti sahəsində çoxsaylı ixtiraların və kitabların müəllifi idi.

Telman Hacıyev
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Hacıyev T.M., Mahmudov T.M., "Dəniz Hidrotexniki Qurğuların Tikintisinə Dair Metodiki Göstərişlər"
Hacıyev T.M., Mahmudov T.M., "Hidrotexniki Qurğuların Tikintisinin Texnologiyası"

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Telman Hacıyev 1 dekabr 1934-cü ildə Tərtər rayonunda fəhlə ailəsində anadan olmuş, 1952-ci ildə orta məktəbi, 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Hidrotexniki və hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirtikdən sonra göndərişlə 1957-1960-cı illərdə “Qafqazenerjitikinti” trestində (o cümlədən Əli – Bayramlı istilik elektrik stansiyanın tikintisində) işləyib. 1959-cu ildə Moskvada İnşaat sistemində rəhbər kadrların hazırlıq kursunu bitirmiş, 1961-1963-cü illərdə dosent, 1975-1977-ci illərdə həmin kafedrada, sonra isə Az.İMİ-də dosent, 1977-1999-cu illərdə kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib.

1988-ci ildə Moskva şəhər A. N. Kostyakov adına ÜİH Moskva şəhərində A. N. Kostyakov adına ÜİET “Hidrotexnika və Meliorasiya” İnstitutunun aspirantı olub. 1964-1965-ci illərdə AzET “Hidrotexnika və Meliorasiya” İnstitutunun Pirşağı qəsəbəsindəki ET təcrübə stansiyasında müxtəlif vəzifələrdə işləyib. 1966-cı ildən 1975-ci ilə kimi Az.Pİ-də “İnşaat maşınları” kafedrasında və M ET institutunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1989-cu ildən texnika elmləri doktoru elmi dərəcəsi və həmin ilin sonunda da professor elmi adını alıb.[1] 1999-cu ildən də bu günə kimi “Hidrotexniki qurğular və hidravlika” kafedrasında professor vəzifəsində çalışıb. İşlədiyi müddətdə 30 il fasiləsiz (1966-1995-ci illərdə) təsərrüfat hesablı müqavilələrə elmi-texniki və problem mövzuları üzrə geniş elmi – texniki işlər aparıb. Bundan əlavə, çöl şəraitində - naturada ET işlərini aparmaq üçün SSRİ – də analoqu olmayan “Avtotenzolaboratoriya” təşkil edib.

Professor Telman müəllim 153 adda elmi əsərin (30%-i Moskva ş. Jurnallarında çap edilibdir), o cümlədən 3 monoqrafiyanın, 16 ixtiranın, 6 tədris vəsaitinin, 2 dərsliyin müəllifidir. 6 elmi-texniki iş, o cümlədən 3 iş aləti, 1 texnoloji iş, 2 maşın istehsalata tətbiq edilmişdir. Bunlardan ikisi SSRİ miqyasında öz həllini tapmış, üç maşın və avadanlığın hərəkətdə olan modelləri isə Beynəlxalq sərgilərdə, o cümlədən, Dehlidə (Hindistan), Poznanda (Polşa), Zaqrebdə (Xorvatiya) nümayiş etdirilmişdir. Onun çoxsaylı ixtiraları Azərbaycan və Russiya patent institutları tərəfindən patentləşdirilmişdilər.

Telman Hacıyevın çoxsaylı ixtiralarından bəziləri bunlardır:

  • Bəndin bərkləşdirilicisi. Bu ixtira suvarma kanallarının tikintisi texnikasına aiddir.[2]
  • Aşağı əmək xərcləri ilə kanal tikinti prosesi [3]

Telman müəllim həmişə universitet rektorluğunun diqqət mərkəzində olmuş, dəfələrə elm və təhsildəki naliyyətlərinə görə mükafatlarindırılmış, 2004-cü ildə Təhsil Nazirliyinin Fəxri Fərmanına və 2007-ci ildə Respublikamızın fəxri adı – Əməkdar müəllim adına layiq görülmüşdü.[4]

Ömrünün axırına kimi, Telman Hacıyev həyatını vətənə, elmə, gənc nəslin tərbiyəsinə həsr etməkdən əsirqəmirdi. O, 2013-ci ilin may ayında yolu keçərkən, avtomobil qəzası nəticəsində faciəvi həlak olub.

  1. Интенсификация и повышение эффективности работы машин при планировке орошаемых земель: автореферат диссертации[ölü keçid]
  2. "Патент на дамбоуплотнитель. Bəndin bərkişdiricisinə patent". 2019-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-28.
  3. Патент на способ строительства канала с низкими трудозатратами. Aşağı əmək xərcləri ilə kanal tikinti prosesinə patent
  4. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[ölü keçid]