Telman Məlikov

Telman Qulu oğlu Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru.

Telman Məlikov
Telman Qulu oğlu Məlikov
Doğum tarixi 5 yanvar 1950(1950-01-05)[1] (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru (2005)
Elmi adı professor (1992)
Təhsili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə təyinatla indiki Gəncə Dövlət Universitetinə müəllim göndərilmişdir. Dekabr 1972-ci il, Dekabr 1975-ci il müddətində BDU-nun Aspirantı olmuşdu.1976-1977-ci illərdə Gəncə Dövlət Universitetində işləmişdir. 1977-ci ildən 2013-cü ilədək Azərbaycan Texnologiya Universitetində(Gəncə şəhəri) işləmişdi. 1990-cı ildən 2005-ci ilədək Ali riyaziyyat kafedrasının müdiri olmuşdu. 11.01.2000-ci ildən 13.03.2013-cu ilədək universitetin rektor vəzifəsini icra etmişdir.2014.04.01 tarixindən AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

T.Q.Məlikov 1972-ci ildə ADU-nun aspiranturasına daxil olmuş, 1976-cı ildə «Bəzi optimal sistemlərdə məxsusi proseslərin tədqiqi » mövzusunda 01.01.02-«Diferensial və inteqral tənliklər» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Professor T.Q.Məlikov 2005-ci ildə 01.01.09 - «Diskret riyaziyyat və riyazi kibernetika» ixtisası üzrə «Bəzi optimal idarə məsələlərində optimallıq üçün zəruri şərtlər» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

T.Q.Məlikov 1992-ci ildən professordur. Professor T.Q.Məlikov AMEA-nın müxbir üzvü Q.T.Əhmədovun Respublikamızda yaratdığı optimal idarə məktəbinin davamçılarından biridir. T.Q.Məlikov adi diferensial, tənliklər, inteqrodiferensial tənliklər, Qursa-Darbu və meyl edən arqumentli tənliklərlə təsvir olunan proseslərdə optimallıq üçün birinci tərtib və yüksək tərtib zəruri şərtlər almaq üçün yeni üsullаr təklif etmişdir. Onun təklif etdiyi üsullаr son vaxtlara qədər araşdırılması mümkün olmayan bir çox məsələlərdə (məsələn, neytral tip tənliklərlə təsvir olunan proseslərdə) optimallıq üçün Pontryaqinin maksimum Prinsipi tipli zəruri şərtlər və müxtəlif mənalarda məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər almağa imkan verir. T.Q.Məlikov 80-dən çox elmi məqalənin o cümlədən 2 dərs vəsaitinin, 3 monoqrafiyanın, 10-dan çox ixtira və patentin müəllifidir. Elmi əsərləri Rusiya Federasiyası , ABŞ, Böyük Britaniya və s. ölkələrinin, eləcə de Respublikamızın tanınmış elmi jurnallarında dərc olunmuşdur.

Professor T.Q.Məlikov bir neçə elmi tədqiqatçının elmi rəhbəri və bir nəfər tədqiqatçının doktorluq işi üzrə elmi məsləhətçi olmuşdur.

Professor Məlikov Telman Qulu oğlu 2002-ci ildə təhsildə qazandığı nailiyyətlərə görə Fransanın Sənayeyə Yardım Assosiasiyasının «Qızıl Medal»ı ilə təltif olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun 01.01.09 «Diskret riyaziyyat və riyazi kibernetika» ixtisası üzrə elmlər doktorları və elmlər namizədləri müdafiə şurasının üzvüdür.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

- Melikov, T. K. First-and second-order necessary conditions with respect to components for discrete optimal control problems. Journal of Computational and Applied Mathematics, 2020, 364 (with Mardanov, M. J., Malik, S. T., and Malikov, K).

https://www.sciencedirect.com/science/article/abs/pii/S0377042719303395

- Melikov, T. K. On necessary optimality conditions for discrete control systems. The Bulletin of Irkutsk State University. Series Mathematics, 2020, 31, pp 49-61 (with Mardanov, M. J).

http://www.mathnet.ru/php/archive.phtml?wshow=paper&jrnid=iigum&paperid=405&option_lang=eng

- Melikov, T. K. Fractional optimal control problem for ordinary differential equation in weighted Lebesgue spaces. Optimization Letters, 2020, 14, pp1519-1532 (with Bandaliyev, R. A., Mamedov, I. G., and Mardanov, M. J).

https://link.springer.com/article/10.1007%2Fs11590-019-01518-6

- Melikov, T. K. On the Theory of Optimal Processes in Discrete Systems. Mathematical Notes, 2019, 106, pp 390-401 (with Mardanov, M, J., and Malik, S. T).

https://link.springer.com/article/10.1134/S0001434619090086

- Melikov, T. K. Well-Posed Solvability of the Neumann Problem for a Generalized Mangeron Equation with Nonsmooth Coefficients. Differential Equations, 2019, 55 (10), pp.1362-1372 (Mamedov, I. G., Mardanov, M. J., and Bandaliev, R. A).

https://link.springer.com/article/10.1134/S0012266119100112

- Melikov, T. K. A new discrete analogue of Pontryagin’s maximum principle. Doklady Mathematics, 2018, 98 (3), pp. 549-551 (Mardanov, M. J).

https://link.springer.com/article/10.1134/S1064562418070049

- Melikov T. K. Analogue of the Kelley condition for optimal systems with retarded control. International Journal of Control, 2017, 90 (7), pp.1299-1307 (with Mardanov, M, J).  http://www.tandfonline.com/doi/full/10.1080/00207179.2016.1205755

- Melikov T. K. On the theory of singular optimal controls in dynamic systems with control delay. Journal of Computational Mathematics and Mathematical Physics, 2017,57 (5), pp.749–769 (with Mardanov, M. J). 

https://link.springer.com/article/10.1134/S0965542517050086

- Melikov T. K. On necessary optimality conditions in discrete control systems. International Journal of Control, 2015, 88 (10), pp.2097-2106 (with Mardanov. M., J., and Mahmudov, N., I).  http://dx.doi.org/10.1080/00207179.2015.1035756

- Mеликов Т,К,Исследование особых управлений и небходимые условия оптималъности второго порядка в системах с запаздыванием.Баку: Изд-во «Элм», 2013, 356 c. (cоавт.М,Дж,Марданов,К.Б.Мансимов)

- Məlikov.T.Q Birdəyişənli funksiyaların difirensial hesabı.Bakı-Elm, 2009, 240 səh.(Həmmüəllif R.V.Hüseynov).

- Меликов Т.К. К. условиям оптимальности особых управлений в системах с последействием нейтрального типа. Докл.НАН Азерб. Респуб., 2004, т.LХ, №1-2, с. 67-71.

- Melikov T.K. On conditions of Kelley type optimality in Goursat-Darboux systems. Proceeding of İMM of NAS of Azerbaijan, 2004, v. XXI, pp. 229– 236

- Melikov T.K. Necessary optimality conditions of quasi-singular controls in Goursat-Darboux systems. Transactions of NAS of Azerbaijan, 2004, v. XXIV, №1, pp. 257–266.

- Меликов.Т.К. Особые в классическом смысле управления в системах Гурса-Дарбу. Баку: Изд-во «Элм», 2003, 96.c.

- Меликов.Т.К. Об оптимальности квазиособых управлений в системах с последействием нейтрального типа. Докл.НАН Азерб. Респуб., 2003, т.LIX, №3-4, с. 32-36.

- Melikov T.K. İnvestigation of optimality of singular controls in Goursat-Darboux systems. Proceeding of İMM of NAS of Azerbaijan, 2003, v. XVIII, pp. 227–246.

- Меликов Т.К. Особые управления в систе мах с последействием. Баку: Изд-во «Элм», 2002,188с.

- Меликов.Т.К. Об оптимальности особых управлений в системах с последействием нейтрального типа. Журн. вычисл. матем. и mатем. физ, 2001, т.41, №9, с.1332-1343.

- Melikov T.K. Necessary Conditions for High-Order Optimality in Systems with Delay. Transactions of NAS of Azerbaijan, 2000, v. XX, №1, pp. 84–90.

- Меликов Т.К. Аналог условия Келли в оптимальных системах с последействием нейтрального типа. Журн. вычисл. матем. и матем. физ., 1998 т.38 №9,1490-1499.

- Меликов Т.К. Аналог принципа максимума Понтрягина в системах с последействием нейтрального типа. Журн. вычисл. матем. и матем. физ., 1996, т.36, №11, с.73-79.

- Меликов Т.К. О необходимых условиях оптимальности высокого порядка. Журн. вычисл. матем. и матем. физ., 1995, т.35, №7, с1134-1138.

- Меликов Т.К. Рекуррентные условия оптимальности особых управлений в системах с запаздыванием. Докл.РАН, 1992, т.322, №5, с.843-846.

- Меликов Т.К. Рекуррентные условия оптимальности особых управлений в системах Гурса-Дарбу. Докл. АН Азерб.ССР, 1989, т.ХЛВ, №8, с.6-10.

- Mеликов Т.К.К. необходимым условиям оптимальности второго порядка. В кн.: Математические методы оптимизации и управления в сложных системах. Изд-во Калининского гос.ун-та, 1983, с.100-106.