Troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq orta hesabla azalır. Atmosferin təbəqələri arasında isə bir- neçə km məsafədə dəyişməz qalır. Məhz temperaturun yüksəklikdən asılı olaraq dəyişməsi amilinə görə atmosfer təbəqələrə ayrılır.
Əgər havanın temperaturu yüksəklikdən asılı olaraq dəyişməz qalarsa bu izotermiya adlanır. Xəritədə eyni temperatur kəmiyyətlərini birləşdirən xətlərə izotermlər deyilir.
Havanın temperaturunun şaquli istiqamətdə dəyişməsi