Bu məqaləni vikiləşdirmək lazımdır. |
Temple stay Cənubi Koreyanın buddist məbədlərində ölkənin mədəniyyətinin öyrədildiyi bir proqramdır. Temple stay iştirakçılara buddist tələbələrin yaşam tərzini təcrübə etmək və rahiblərin izah etdiyi hekayələr vasitəsilə Koreya Buddist mədəniyyətinin və tarixinin müxtəlif tərəflərini öyrənmək imkanı verir. Bu proqram 2002-ci ildə keçirilən Dünya çempionatından bəri mövcuddur.
Temple stay proqramı ilk dəfə 2002-ci il Dünya kuboku zamanı xarici turistlər üçün qonaqlama yerinin azlığı problemindən yaranmışdır. Hal-hazırda nəinki xarici qonaqlar, eyni zamanda yerli əhali də Temple stayə qoşulur.1700 illik tarixi ərzində Koreya Buddizmi Ganhva Seon (bir növ Zen meditasiyası) təcrübəsini qoruyub saxlaya bilmişdir. Hər il yay və qış mövsümündə 2500-ə yaxın rahib ölkə daxilindəki 100 məbəddən birində 100 günlük meditasiyaya başlayır.
Koreyada məbəddə qalmaq insana sabitlik və sülh hissi verir. Koreya buddizminin Coqye ordenində məbədlər koreyalılar və xaricilər üçün açıq elan olundu, həmçinin 2002-ci il Koreya-Yaponiya Dünya Kubokunu mədəni bir Dünya Kubokuna çevirmək üçün onların Sansada qalmalarına icazə verildi.
Nəticədə 1000 əcnəbi və 10.000 Koreyalının Koreya-Yaponiya Dünya Kubokunun keçiriləcəyi 31 may 2002-ci il tarixindən 30 iyun 2002-ci il tarixinədək məbəddə təxminən 30 gün qalmasına icazə verildi. İştirakçıların sayının çoxluğu nəticəsində bu ərəfədə CNN, New York Times, BBC və NHK də daxil olmaqla, dünyanın bir sıra media orqanları Temple staylə bağlı məlumat verməyə başladılar ki, bu da Koreya Buddizmi və məbədlərinin məşhurlaşmasına gətirib çıxardı.
Temple stay hal-hazırda Koreya turizmini təmsil edən bir vasitədir. 2009 OECD turizm hesabatında Templestay, eyni zamanda dünyanın ən uğurlu 5 mədəniyyət nümunəsindən biri kimi seçildi və Koreya Buddist Mədəniyyət İş Qrupu tərəfindən 29 May 2011 tarixində açıqlanan statistika 2002-ci ildən bəri 10 il ərzində 700.000 insanın Templestaydə yaşadığını göstərdi.
Məbədi ilk dəfə ziyarət edənlərə bir tərəfdən məbədin ənənələri, mədəniyyəti və rahiblərin həyat tərzi izah edilir, digər tərəfdən də çətinliklə üzləşməmələri üçün onlara vanna otağı, restoranların və tualetlərin yeri göstərilir. Bu vaxt ərzində məbədin memarlığı, rəsm əsərləri, sənətkarlıqları və abadlıq işlərinin gözəlliyini kəşf edilir və köhnə hekayələrə qulaq asılır.
Çamson meditasiyaya bənzəyir, amma ondan fərqli olaraq insanın öz içindəki bir şübhəyə yönəlib digər düşüncələrindən yayınma üsuludur. Çamson Koreya buddizminin tipik bir tətbiqidir. Adətən, bu proses zamanı təxminən 50 dəqiqə otururlar və daha sonra isə 10 dəqiqə piyada gəzirlər ki, bu da gyonqhenq(təmənnasızlıq) adlanır. Məbəddən və ya proqramdan asılı olaraq təcrübəçilər üçün bir saat ərzində sadə şeyləri təcrübə edəcəkləri yerdən tutmuş ixtisaslaşdırılmış meditasiya yerlərinə qədər müxtəlif məkanlar təşkil edilir.
Rahiblər üçün çay içmək vacib sayılır və gündəlik rutin hesab olunur. Çünki onlar çay içərkən başqalarını tanıya və dinləyə biləcəklərini düşünürlər. Məbəddə qalarkən iştirakçılar məbədlər və rahiblər haqqında sual verə və ya həyatlarının qayğıları ilə əlaqədar məsləhət ala bilərlər.
Buddizmdə düyü yemək "dua etmək" kimi təsvir olunur. Qonqyanq "dəstək verən və xidmət edən" bir işdir və yediyimiz bir düyü, yaxud bir qab yeməyin ərsəyə gəlməsinin nə qədər ağır, çətin iş olduğunu xatırlama prosesidir. Baru Qonqyanq zamanı Qonqyangeni əzbərləyib Barudakı qidanı israf etmədən yemək lazımdır. Qonqyanq özümüzdən başqa yediyimiz yeməyə qarşı hörməti və hərəkətimizi anlamağımıza yardım edən bir əməldir.
Yebul Koreya buddist məbədlərinin ən vacib rituallarından biridir. Yebul Buddaya şükür etmək üçün gündə üç dəfə sübh çağı, günorta və axşam toplanaraq əvvəlcədən edilən ödənişdir. Məbəddə ilkin ödəmə ilə günə başlanılır və eyni şəkildə gün tamamlanır.
Təzim vacib rituallardan sayılır. 3, 108, 1.080 və 3000 dəfə və s. olaraq təzimlər edilir və hər təzim daxilimizdəki xəsislik və vəsvəsəni aradan qaldırmaq məqsədi güdür. Bunlar arasında 108 dəfə edilən təzim tövbə mənasına gəlir, sadəcə içimizdə daşıdığımız tamahı, nəfsi üzə çıxarır və bunların yaratdığı 108 növ əzabı məhv edir.
Buddizmdə lotus çiçəyi Buddanın orijinal şəxsiyyətini simvolizə edir. Lotus çiçəyi palçıqda çiçək açsa da, kirlənib ləkələnmədiyinə görə düşünürlər ki, o Buddanın xarakterini təsvir edir. Hər il ay təqvimi ilə dördüncü ayın 8-də Buddanın doğum gününü qeyd etmək məqsədilə Lotus çıraq festivalı keçirilir. Bu zaman möminlər Buddanın öyrətdiklərini simvolizə edən çıraqları həvəslə hazırlayıb gec saatlara qədər mərasimi davam etdirirlər.