Terapiya Otağı (film, 2022)

Terapiya Otağı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Film bir terapiya otağında baş verən cinayətin araşdırılmasından bəhs edir. Ssenari və rejissorunun müəllifi olan Zaur Tahirsoy, filmi Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirib. Layihə Postmodern Aktyorluq Məktəbinin ilk bədii filmi hesab olunur. Filmdə paranormal sujet xətti ilə yanaşı aktyor oyununa üstünlük verilib.

Terapiya Otağı
Janr Psixoloji Triller
Rejissor Zaur Tahirsoy
Ssenari müəllifi Zaur Tahirsoy
Operator Elvin Mikail
İstehsalçı Azərbaycan Film Akademiyası
İlk baxış tarixi 31 mart 2022, CinemaPlus
Müddət 25 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2022
Rəng rəngli

Terapiya otağında 5 psixoloji problemi olan pasientin psixiatrı qətlə yetirilir. Qətlə yetirilən Səmanın ölümündə qrup terapiyasında olan pasiyentləri bir nömrəli şübhəlilərdir. Amma cinayət psixoloqu olan Səmanın əri də pataloji qısqanclığa görə şübhəlilər sırasındadır. Hadisəni araşdıran Səmanın qrup yoldaşı Oktay da cinayət psixoloqudur. Səmanı sevdiyi üçün o da şübhəlilərdən hüsab edilir. 1 cəsəd 7 şübhəli. Terapiya otağında cinayətkarın kim olduğu araşdırılır.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Quruluşçu rejissor: Zaur Tahirsoy
Ssenari müəllifi: Zaur Tahirsoy
Quruluşçu operator: Elvin Mikail
Montaj: Azflix Pro
Aktyorlarla iş: Azər Ayazoğlu
Rejissor asisstenti: Zəhra Tahirsoy
Həyat Məlikova
Anar Əli
Tamilla Həsənova
Həlimə Həsənli
Nicat Əkrəm
Azər Ayazoğlu
İbrahim Əlizadə

Çəkiliş yerləri

[redaktə | mənbəni redaktə et]

• Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]