Terek gəvəni

Terek gəvəni (lat. Astragalus terekensis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Terek gəvəni
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz dağlarının şimal və şərq hissəsində, Dağıstanda yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Yarpağını tökən, 40-60 sm hündürlüyə çatan koldur. Kolları üzərində əmələ gələn çoxlu miqdarda qısa budaqları nazik tikanlarla örtülüdür. Yarpaqları 2,5-3 sm uzunluqda, 0,5 mm enində olub, tutqun bozdur. Yarpaqaltlıqları 7–9 mm uzunluqda, altdan qısatüklü, bizvari, itiuclu, ağ rənglidir. Yarpağı 4-6 cüt, yarpaqcıqların eni 7 mm olub, neştərvari, uzunsov, şiş, qalın tikanlarla qurtarır. Hər yarpağın qoltuğunda 2 çiçəkdən ibarət, 1-2,5 sm uzunluqda çiçək qrupu əmələ gəlir. Çiçəkaltlıqları 6–7 mm uzunluqda, qayığabənzər olub, aşağı hissəsi sarımtıl-yaşıl, yuxarı hissəsi isə tüklüdür. Tacı 10 mm uzunluqda, sarımtıl, kasacıqdan 2 dəfə uzundur. Paxlası keçəvari tüklüdür. İyulda çiçəkləyir, meyvəsi avqustda yetişir. Təbii şəraitdə toxumlarla çoxalır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Orta dağ qurşağında, quru və çılpaq yamaclarda bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Başqa növlərə nisbətən Azərbaycanın dağlıq hissəsində az yayılmışdır. Kiçik Qafqazda, yuxarı dağ qurşaqlarında rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada istifadə olunmur. Tərkibində efir yağı vardır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov