Termoelektron emissiya

Termoelektron emissiya — yüksək tempraturun köməyi ilə elektronun metaldan ayrılması hadisəsi. İlk dəfə  1881‐ci ildə  Amerika ixtiraçısı Tomas Edison tərəfindən aşkar edilmişdir. O, kömür elektrodlu közərmə lampaları ilə  təcrübələr apararkən lampada vakuum yaratmış  və  buraya kömür teldən  əlavə, həm də  müstəvi metal lövhə yerləşdirmişdir. Metal lövhəni naqil vasitəsi ilə qalvanometrə  sonra isə xarici gərginlik mənbəyinin müsbət qütbünə birləşdirdikdə, qalvanometrin cərəyan göstərdiyini müşahidə etmişdir. Həmin lövhəni mənbəyin mənfi qütbünə birləşdirdikdə isə qalvanometrdən cərəyan keçməmişdir. Bu effekt, Edison effekti, qızmış metalların və  başqa cisimlərin qaz və ya vakuumda özündən elektron buraxması hadisəsi isə termoelektron emissiya adlandırıldı.[1]

  1. "Ə.Ş.Abdinov, R.F.Mehdiyev, T.X.Hüseynov, Fiziki elektronikanin tarixi və metodologiyasi, Bakı, 2008, səh. 170" (PDF). 2016-03-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.