Termometr

İstilikölçən (termometr) — bir sıra müxtəlif prinsiplərdən istifadə edərək istiliyi və istilik qradiyenti ölçən cihaz.[1] Meteorologiyada Celsius, Faranheit və ya Kelvin kimi dəyişik ölçəklər istilikölçənlərdə istifadə edilir.[2]

Termometrin ixtirası

[redaktə | mənbəni redaktə et]

İlk termometri XVI(16-cı)əsrdə italyan alimi Qalileo Qaliley icad etmişdi. O, şüşə kürənin dəliyini dar şüşə boruya lehimləyib içinə yarısından aşağı su tökür. Borunu çevirərək açıq tərəfini içərisində su olan qaba tökür. Sonra su olan qab qızdırılır. Su qızdıqca borudakı suyun səviyyəsi dəyişir. Bu səviyyəyə əsasən maddənin isti və ya soyuq olmasını təyin etdi.

Termometrin quruluşu

[redaktə | mənbəni redaktə et]

Termometr şüşə boru, maye balonu və şkaladan ibarətdir. Maye balonunun içinə rəngli spirt, yaxud civə doldurulur. Cihaz isti mühitə gəldikdə maye istidən genişlənir. Və nəticədə yuxarı qalxır. Əksinə, sıxılır və səviyyə aşağı düşür. Maye balonu şüçə borunun içində yerləşir. Selsi şkalası ilə (C°)temperatur ölçülür. Belə termometrin üzərində onun ölçü vahidi yazılır. Biz temperatur ölçəndə Selsi şkalasından istifadə edirik.

  1. "thermometer". Oxford English Dictionary. İstifadə tarixi: 1 November 2010.
  2. "Termometrdən teplovizor necə fərqlənir?". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.