Tervu yarımadası

Tervu yarımadasıKareliya Respublikasının cənubunda yerləşən yarımada.

Tervu yarımadası
Yerləşməsi
61°18′23″ şm. e. 30°10′59″ ş. u.
Akvatoriya Ladoqa gölü
Ölkə  Rusiya
Tervu yarımadası xəritədə
Tervu yarımadası
Tervu yarımadası

Yarımada Ladoqa gölünün qərbində yerləşir. Burada Xelmelyanselkaya körfəzi ilə Tervu buxtasını ayırır. Yarımadada çoxlu sayda göl və su mənbəyi vardlr[1]. Yarımadanın uzunluğu 4,2 km, eni isə 3,7 km təşkil edir.

Relyefi təpəlidir. Maksimal hündürlük 86,3 metrdir (Surimyaki dağı). Sahilləri sıldırımlı və qayalıdır. Yarımadanın yaxınlığında gölün dərinliyi 23 metrdir. Yaxınlığında yerləşən Myukrimyuksensari adası ilə ensiz boğazla ayrılır. Yarımadanın su altı davamı Lauvatsaari adasıdır. Şimalında Kalksalo yarımadası yerləşir.

Burada Tervu adlı qəsəbə vardır. İnzibati cəhətdən Laxdenpox rayonu ərazisinə daxildir.


  1. "Topoqrafik xəritə P-36-97,98 — 1 : 100 000". 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31.