Texnoparklar

Texnopark — universitet, sənaye, araşdırma mərkəzləri, sahibkarlar və bazarlar arasındakı əməkdaşlığı artırmaq, bilik və texnologiya transferini asanlaşdırmaq məqsədilə yüksək əlavə dəyərli tədqiqat və inkişafa söykənən qabaqcıl texnologiyalı məhsul və xidmətlərin istehsalına uyğun infrastruktur, üstqurum və xidmətlər ilə təsir edən təşkilatlardır.

Elm və ya da texnologiya parkı konsepti 1950-ci ildə ABŞ da yaradılmışdır. Bu isə həmin dövrdə texnologiyanın və sənayenin sürətli inkişafına zəmin yaratmışdır.

Texnoparklar və onların işləmə prisipləri

[redaktə | mənbəni redaktə et]

Texnopark müasir iqtisadiyyatın vacib elementlərindəndir. Texnoparkları müxtəlif aspektlərdən nəzərdən keçirmək olar:

  1. Texnoparka iqtisadi elmtutumlu məhsul istehsal edən ərazinin xüsusi növü kimi;
  2. Texnopark elmə əsaslanan kiçik sahibkarlığın dəstəklənmə forması kimi;
  3. Elm texnoparkda maliyyə və digər dəstəklər alır. Bununla da elmin dövlətdən aslılığı azalır. Beləliklə, texnoparklar milli elmin dəstəklənmə forması olur.

Texnoparkların yaradılması və inkişafı prosesləri Azərbaycandan yan keçmir. Texnoparkların inkişafı milli elm və elmtutumlu istehsalata dayaq olur. Əgər biz "texnopark"- nədir? sualına cavab vermək istəsək labirintə düşmüş olarıq. Çünki ədəbiyyatlarda və TOP-30 innovasiya menecmentləri arasında bu anlayışın izahı müxtəlif verilir. Məsələn: Finlandiyanın Otaniem texnoparkının banisi Mervi Kekiyə görə: "Texnoparklar – məkan deyil, prosesdir və texnoparkların əsas məqsədi şirkətlərə kömək etməkdir."

Texnopolis şirkətinin direktorlar şurasının sədri Pertti Xuuskonen açıqlamasına görə: "Siyasətçilərin gözəl binaların təntənəli açılışı xoşlarına gəlir, ancaq gözəl bina – bu hələ texnopark deyil. Texnoparklar — onların daxili qurluşudur. Bir çox texnoparklar heç də cəlbedici görünmürlər, ancaq onların içliyi sadəcə çox gözəldi və onların fantastik məhsulları var. Bu texnoparkların binaları yox, məhsulları və xidmətləri müştərilər tərəfindən tələb edilirlər. . . "

İdarəetmənin struktur və inkişaf modelləri

Texnopark — vahid infrastruktur sərhədlərində elm və texniki fəaliyyətlə məşğul olan şirkətlər birliyidir. Bir sözlə: Texnopark — spesifik yerli şərait və bazarın tələbatının təsiri altında formalaşan mürəkkəb ekosistemdir. Texnopark bir tərəfdən rezident və müştərilərin görüşdüyü və təmasda olduqları ofis, digər tərəfdən rezidentlərə göstərilən müxtəlif xidmətlər dəstidir. Əslində texnopark tədqiqatçı qruplar və texnoloji işləmələrə sorğu verən şirkətlər arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsi prosesini sürətləndirən vasitəçi bir qurumdur. Azərbaycan Respublikasının prezidentinin 2014-cü il 15 may tarixli fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar parkı haqqında nümunəvi əsasnaməyə görə"… texnologiyalar parkı (bundan sonra – texnopark) – innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi"dir.

Texnoparkların iş sxemi

[redaktə | mənbəni redaktə et]

Texnoparkların daha çox yayılmış 3 iş sxemini qeyd etmək olar:

  1. Öz innovasiya layihələrini realizə etmək istəyən sərbəst tədqiqat və layihə qruplarına kömək (yardım);
  2. Ali məktəb və elmi-tədqiqat qruplarında toplanan elmi bilikləri kommersiylaşdırılmasına kömək;
  3. İnnovasiyanın sərbəst bazarından texnoloji qərarların importu yolu ilə istehsalçıların texnoloji məsələlərinin həlli. Texnoparkların bu zəncir üzrə hərəkəti hər iki istiqamətə təmin edir. Hər dəfə texnologiyaların alıcıları müxtəlif şirkətlər ola bilər.

Qeyd edək ki, texnopark birbaşa texnologiyaların satışı məsələlərində iştirak etmir, ancaq innovasiyaların mübadiləsi prosesinə vasitəçilik edir, başqa sözlə mübadilə üçün əlverişli şərait yaradır. Elə hallar da ola bilər ki, texnopark həmtəsisçi ola bilər. Şəraitindən asılı olaraq texnoparklar idarəetmə strukturu və inkişaf modelləri ilə fərqlənirlər.

Texnoparklar texnologiya daşıyıcıları ilə alıcıları arasında əlaqə yaratmaq üçün yaranan sərbəst qurum və ya universitet və şirkət daxilində bir strktur ola bilər. Texnoparkların əsas rolu tədqiqatçılar cəmiyyəti daxilində və ya müxtəlif texnoloji məhsul istehsalçıları arsında kommunikasiyanı təmin etməsində ola bilər. Texnoparkların yaradılmasında əsas motiv texnologiyaların təhcizatçısında və ya istifadəsində də ola bilər. Digər tərəfdən texnoparklar yerli və ya dövlət orqanları tərəfindən yaradıla bilər. Bu halda texnoparkların yaradılmasında məqsəd əraziyə yeni fəaliyyət növünün cəlb edilməsidir.

Texnoparkların növləri

[redaktə | mənbəni redaktə et]

Biz əsasən 6 əsas növ texnoloji parkları nəzərdən keçirək.

  1. Universitet texnoparkları
  2. Regional sahə texnoparkları
  3. Sənaye texnoparkları
  4. Texnoloji inkubatorlar və ya innovasiya biznesi inkubatorları
  5. Şəbəkə texnoparkları
  6. Kovorkinq

Universitet texnoparkları

[redaktə | mənbəni redaktə et]

Belə texnoparklar ali məktəblərin əsasında yaradılırlar. Bəzən isə universitet ilə sənaye müəssisəsinin strateji əməkdaşlığının nəticəsində yaradılırlar.

Universitet texnoparklarının yaradılmasının 3 əsas məqsədi olur:

  1. Toplanmış elmi biliklərin kommersiyalaşdırılması;
  2. Ali məktəbdə elmi işlərin cəlbediciliyini artırmağın təmin edilməsi;
  3. Praktiki məsələlərin nəticəsi olan yeni biliklərin axınının təmin edilməsi.

Universitet texnoparklarının inkişafına mane olan qanunvericilikdə olan məhdudiyyətlərdir.

Regional sahə texnoparkları

[redaktə | mənbəni redaktə et]

Belə texnoparklar regional iqtisadiyyatın hər hansı bir sektorunda innovasiya prosesinin aktivləşdirilməsi məqsədilə yaradılır. Regional sahə texnoparkları çoxlu xidmətlər göstərə bilərlər: layihənin hüquqi müşayət etmək, biznes məsləhət, sertifikatlaşma, tədqiqat təşkilatlarına laboratoriyalar təqdim etmək, seminarların təşkili və. s. Adətən bu növ texnoparklar texnologiyaların regional sənaye müəssisələrinə importunu təmin etmək və ya ayrıca götürülmüş şirkətin texnoloji məsələlərini həll etmək üçün yaradılır. Bu halda texnopark istehsal şirkətləti ilə sıx əlaqə yaradır, bununla da rezident və ya ortağın texnoloji məsələlərini həll edəcək kiçik innovasiya şirkətlərinin yerləşməsinə şərait yaradır. Başqa sözlə, texnopark istehsal şirkətlərinə elmtutumlu və bahalı prosesləri kənarda sərbəst kiçik innovasiya müəssisələrinə ötürməyə (autsorsinq etməyə) kömək edir (Autsorsinq — 2 təşkilat arasında müqavilə əsasında birinin digərinə bəzi funksiyalarının, biznes proseslərin və tədbirlərin ötürülməsidir). Regional sahə texnoparklarının əsas gəlir mənbəyi ərazinin icarəyə verilməsi və istehsal şirkətləri üçün texnoloji həllərin axtarışı üzrə xidmətlərin göstərilməsidir.

Sənaye texnoparkları

[redaktə | mənbəni redaktə et]

Belə texnoparklar mahiyyət etibarilə texnoloji park deyil. Bu növ texnopark əsasən yeni istehsalın təşkili üçün fiziki infrastruktur obyektlərinin kompleksidir. Burda daha çox ərazilər müxtəlif fəaliyyət növləri üçün icarəyə verilir. İndustrial texnoparkların yaradılması innovasiya mühitinin inkişaf və sıxlığ səviyyəsindən asılı deyil, əsasən onlar texnologiya mübadiləsi üçün nəzərdə tutulmayıblar, daha çox yeni iqtisadi fəaliyyətin növlərinin təşkili üçün müasir infrastrukturun yaradılmasına istiqamətlənirlər. İstehsalat texnoparkının yerləşdirilməsi şərtləri və onun obyektlərinə tələbat əsas rezidentlərin istəyi əsasında və ya sahə sənayesinə uyğun istehsal komplekslərinin yerləşdirilməsi təcrübəsinin təhlili nəticəsində müəyyən edilir. Çox vaxt əlavə nəqliyyat və logistika, mənzil tikintisində ixtisaslaşma tələb edir.

Texnoloji inkubatorlar və ya innovasiya biznesi inkubatorları

[redaktə | mənbəni redaktə et]

Belə texnoparklar kiçik innovasiya şirkətlərinə formalaşmalarının ilkin mərhələsində kömək etmək üçün nəzərdə tutulurlar (start-up, seed). Bu növ texnoparklar innovasiya şirkətlərinin inkişafı üçün bütün lazımı ehtiyat və xidmətləri təmin edirlər. İnkubatorlar öz mahiyyətinə görə gəlir əldə etmək üçün nəzərdə tutulmayıblar, biznesin inkişaf etdirilməsi üçün imtiyazların təmin edilməsinə istiqamətlənirlər. Ona görə də inkubatorların yaradılmasına sərbəst biznes kimi baxmaq olmaz, onların yaradılmasına daha çox sosial istiqamət kimi baxılaa bilər. Onun müvəffəqiyyəti daha çox kiçik müəssisələrin axını və müəyyən həcmdə icarəyə verilənsahələrdən asılıdır.

Şəbəkə texnoparkları

[redaktə | mənbəni redaktə et]

Şəbəkə strukturları texnoparklar tərəfindən öz imkanlarını genişləndirmək üçün yaradılır. Şəbəkə texnoparklarının tikintisi əsasən yerli hakimiyyətin təşəbbüsü olur. Onlar bu obyektin köməyi ilə yaradılan texnoparkdan əldə olunan iqtisadi və sosial xeyri paylaşdırmaq istəyirlər. Şəbəkə texnoparklarının yaradılması üçün iqtisadi zəmin olmalıdır: müxtəlif şəhərlərdə yaşayan və işləyən tədqiqatçıların cəlb olunmasının təmin edilməsi, texnoparkların saxlanılması xərclərinə qənaət (texnoparkın tərkibinə əvvəl yaradılan tədqiqat mərkəzlərinin salınması) və. s. Şəbəkə strukturu texnoparkların imkanlarını artırır, onların xidmətlərinin sayını çoxaldır, səmərəlilik göstəricilərinin yaxşılasmasına imkan yaradır, texnopark üçün əhəmiyyətli olan şəhər və digər ərazilərdə fiziki iştirakları təmin edilir. Şəbəkə texnoparkları regional, sahə və ya universitet texnoparklarının qollarındandır.

Şəbəkə texnologiyalarına əsaslanan texnopark xüsusi quruluşdur. Belə texnopark quruluşu regionun innovasiya imkanlarının rasional istifadə əsasında informasiya mübadiləsinin köməyi ilə səmərəli innovasiya prosesini təşkil etməyə qadirdir. Regionun malik olduğu innovasiya ehtiyatlarının sayı və keyfiyyətindən asılı olaraq innovasiya dövrünün həyata keçməsində öz aralarında müəyyən funksiyaları, mümkün riskləri və gələcək gəliri paylaşdıran müxtəlif idarə və təşkilatlar iştirak edə bilər. Belə vəziyyətdə texnoparkın menecerlərinin vəzifəsi regionda innovasiya prosesinin bütün üzvlərini əlaqələndirən informasiya fəaliyyətinin təşkili və informasiya axınının əlaqələndirilməsidir. Bu regionda və Azərbaycanın digər regionlarında yerləşən innovasiya potensialını birləşdirməyə, xarici mütəxəssislərin və elmi-tədqiqat bazalarından istifadə etməyə imkan verir.

Belə mərkəzlər bir növ tədqiqat cəmiyyətlərinin ənənəvi texnoparkların xidmət haqqının artmasına, işgüzar infrastrukturun çatışmazlığına və informasiya texnologiyalarının inkişafına olan cavabdır. Bu ofis mərkəzləridir, burda sərbəst insanlar bir ərazidə işləyirlər. Belə model daha çox əqli əməklə məşğul olanlara yarayır. Kovorkinq mərkəzlərinin müvəffəqiyyəti onların tədqiqatçılar cəmiyyətinə daxil olmaqları, bilik axınlarını və informasiya mübadiləsini formalaşdırmaqları, başlayanlara şərait yaratmaqlarıdır. Bu mərkəzlərin başlıca funksiyaları tədqiqatçılara innovasiyanın qlobal bazarına "giriş"-in təmin edilməsi və yerli tədqiqatçılar cəmiyyətlərinə dəstəkdir. Klassik texnopark fəaliyyətindən fərqli olaraq kovorkinq mərkəzlərini fəailiyyəti fiziki infrastruktur ilə işləməkdən kommunikasiya yaratmaq və peşəkar cəmiyyətlərlə işlərə (fərdi məsləhət, səmərəli layihə qruplarının formalaşması və s.) yönəldilir. Bu halda az müddət ərzində aşağı qiymətə yeni iş yerləri yaratmağa və ərazidə işgüzar mühitün yaradılmasına gətirir.

Regionun xüsusiyyətlərinə görə texnoparkların növləri

[redaktə | mənbəni redaktə et]

Regionun xüsusiyyətlərini nəzərə alaraq bu və ya digər funksiyalara istiqamətlənərək texnoparkları digər növlərə bölə bilərik:

  1. İnnovasiya
  2. Marketinq
  3. İnvestisiya
  4. İstehsalat
  5. Paylaşmış
  6. Kompleks
Növ Əsas funksiyaları Regionun tipi
İnnovasiya texnoparkı İnnovasiya fəaliyyəti sahəsində hakimiyyət orqanları ilə birgə region üçün innovasiya proqramının işlənməsi, innovasiya ideyalarının və layihələrinin işlənməsi və mütəxəssislərin hazırlanması İnnovasiya məhsulunun yaradılması və onun kommersiyalaşdırması üçün sərbəst istehsalat və maliyyə ehtiyatlarına malikdir
Marketinq texnoparkı İnnovasiya məhsullarının sertifikatlaşması, patentləşməsi və hərəkəti kommersləşmə prosesində dəstəklənmə İnnovasiya ideyaların qenerasiya edən quruluş üstünlük təşkil edir və innovasiya məhsulunun hazır nümunələrinin hazırlanması
İnvestisiya texnoparkı İnnovasiya layihələrinin maliyyələşməsi, maliyyə mənbələrinin axtarışı, investisiya layihələrinin hazırlanmasına kömək Elmi və istehsalat quruluşu üstünlük təşkil edir, həmçinin yaradıcı kollektivlər
İstehsalat texnoparkı Təcrübə konstruktor işlərinin aparılması, innovasiya məhsullarının təcrübi nümunələrinin yaradılması İnnovasiya fəaliyyətinin təcrübi istehsalat bazası olmayan subyektləri üstünlük təşkil edir
Vertual texnopark Regionda innovasiya prosesinin bütün iştirakçıları arasında informasiya fəaliyyəti və əlaqələrinin təşkili Vahid informasiya infrastrukturunda inteqrasiya oluna bilən paylanmış innovasiya ehtiyatlarına malikdir
Kompleks texnoparkı Bütün innovasiya dövrünün həyata keçməsi Pis inkişaf etmiş innovasiya potensialına malik region

Texnoparkların quruluş modelləri

[redaktə | mənbəni redaktə et]

Struktur və funksional şəkildə texnopark modelləri araşdırıldığında ölkədən ölkəyə hətta eyni ölkənin içindəki bir texnoparkdan digərinə fərqliliklər göstərdiyi görülməkdədir.

Texnopark modellərini beş qrupa bölmək olar:

  1. Dövlət əsaslı — texnoparkın quruluşunu birbaşa dövlət öz üzərinə götürür.
  2. Universitet əsaslı — Universitetlərin öz başlarına ya da dövlətdən dəstək alaraq qurduqları, idarə edərək faydalandıqları texnoparklardır.
  3. Özəl sektor əsasında — Universitetlər və maliyyə strukturu güclü firmalar tərəfindən əməkdaşlıq ilə qurulan texnoparklardır.
  4. Yerli rəhbərliyə dayalı — Bəzi böyük şəhərlərdə bölgənin iqtisadi inkişafına töhfə vermək məqsədiylə yerli rəhbərliklər tərəfindən qurulub dəstəklənən parkları.
  5. Qarışıq model — Dövlət və özəl sektorun birlikdə qurduğu texnoparklardır.

Texnoparkların inşaat modelləri

[redaktə | mənbəni redaktə et]

Dünyada olan 600-ə yaxın texnoparkların arasından arxitekturasına görə 3 modeli ayıra bilərik:

  • Nöqtəvi model — maksimal kompakt kompozisiya, funksiyalar dəstəsi məhdud.
  • Kompleks model – böyük faiz yaşıllaşma və sosial ərazisi olan binalar və tikililər qrupu. Tərkibində və ya yaxınlığında universitet olur.
  • Meqa (İmkanlı) model – geniş funksiyaya (sosial, yaşayı, təhsil, istehsal) malik, əraziyə görə nəhəng model. Universitet ərazidə yerləşə bilər.

Beynəlxalq təcrübənin təhlilinə görə texnoparkın 3 tipinin açıqlanmasını verək:

Nöqtəvi texnopark

[redaktə | mənbəni redaktə et]
Nöqtəvi model
Kompleks model
Meqa model

Nöqtəvi texnopark şəhərdə kiçik sahədə yerləşir. Adətən onu əhatə edən şəhər infrastrukturu yaxşı inkişaf etməlidir. Funksional quruluşun tərkibi əsas element qrupları ilə kifayətlənə bilər: kommunikasiya, elmi-tədris, təbiət-park, adminstirativxidməti və işgüzar ofis və s. Nöqtəvi modelin əsas üstünlüyü kompaktlığıdır ki, bu da işçilərin üzvləri və ətrafda yerləşən universitet və ya elmi-tədqiqat institutları, tələbə, xidmət şirkətləri ilə intensiv əlaqə imkanı verir. Nöqtəvi texnopark modeli bazası əsasında inkubator növ texnopark yayılmağa başlamışdır. Bu modelin çatışmazlığı, həcminin kiçik olması, ərazi məhdudiyyəti və genişlənmə imkanının olmaması, inkişaf etmiş funksional quruluşun olmamasıdır. Texnoparkın nöqtəvi modelinin dinamik xüsusiyyətləri yalnız təşkilat səviyyəsində özünü göstərir: texnopark icarəçilərinin dəyişməsi, interyerin dəyişməsi.

Kompleks texnopark

[redaktə | mənbəni redaktə et]

Kompleks texnopark şəhərin tərkibində kifayət qədər sərbəst sahədə yerləşir. Nöqtəvi modeldən fərqli olaraq bu model ərazisində geniş funksiyalara malik bina və tikililərin yerləşməsinə geniş-tam park zonasının salınmasına imkan verir. Texnoparkların kompleks modelində yaşıllaşmadan tam istifadə etmək olur. Texnoparkın kompleks modelinin inkişafı, nöqtəvidən fərqli olaraq bir neçə mərhələ yaradılır. Bu modeldə ilk növbədə texnoparkın nüvəsi təşkil edilir. Texnoparkın nüvəsinin tərkibinə elmi- tədris, administratır və inkubator biznesi, laboratoriya-istehsalat zonaları aiddir. Nüvənin işə salınmasından sonra hər 3–5 il orta ölçülü uyğun şəraitin təşkilini tələb edən şirkət yaradılır (paralel olaraq ərazi elmtutumlu şirkətlərin inkişafına təkan verən ərazilərlə (şirkətlərin texnologiyası və elmtutumlu məhsullarını təqdim etmək üçün ticarət-sərgi kompleksi, sosial obyektlər, satış və kommersiya obyektləri)).

Meqa texnopark — şəhərdən müəyyən məsafədə, ilkin infrastrukturu və kommunikasiyası olmayan ərazidə yerləşir. Ona görə də ərazidə çox elementləri "sıfırdan" başlamalıdır. Texnoparkın salınmasının ilkin mərhələsində məsrəflər tələb edir, lakin sonralar inkişaf üçün geniş ehtiyatlara malik olur.

Bura digər zonalar daxil ola bilər:

  1. İstehsal-anbar obyektləri və loqistik kompleks zonası. Bu zona nəqliyat vasitələri ilə təmin edilməlidir. Bura tədqiqat-labaratoriya kompleksi, məlumat mərkəzləri, elektroenerji zonaları aid olur.
  2. İri şirkətlər zonası. Bu zona texnoparkla avtodayanacaq və labaratoriya platforma sistemi ilə birləşən ofis binalarından ibarət olur.
  3. İdman-əyləncə mərkəzi.
  4. Ticarət-sərgi mərkəzi, mehmanxana.
  5. Orta şirkətlərin yerləşmə zonaları, sosial təminat təşkilatları.
  6. Yaşayış zonası.
  7. Elmi-tədris, mədəni və texnoparkın administrativ nüvə zonası (universitet, elmitədqiqat təşkilatı, müəllim və alimlərin yaşayış binaları, texnologiya muzeyi, kitabxana, mədəni mərkəz, banklar, administrativ və xidməti müəssisələr).
  8. Konqress-mehmanxana, universal zal
  9. Biznes-inkubator, kiçik şirkətlər işçilərin yaşayış yerləri və əhalinin xidmət sistemləri quruluşu zonaları.

Texnoparkın meqa modeli böyük şəhər tikinti formasıdır. Ona görə də ərazi müxtəlif qarşılıqlı əlaqəli funksiyalara malik zonalarla doldurulmalıdır. Ərazinin ixtisaslaşması daxili və xarici şəraitin dəyişməsi nəticəsində quruluşun fəaliyyət mexanizminin dayanması risklərinin artmasına gətirə bilər. Meqa modelin inkişaf modeli 20 ildən çox çəkə bilər, bu prose ərazinin ölçülərindən və artım dinamikasından aslıdır. Bu modeldə də inkişaf mərhələlərlə gedir və nüvələrin təşkili ilə başlayır.

Texnoparkların inkişaf meylləri

[redaktə | mənbəni redaktə et]
Texnopark hərəkatı

Texnoparkların yaradılması təcrübəsinin təhlili "Texnopark" hərəkatının 3 əsas mərhələyə bölməyə imkan verir.

  • Birinci mərhələ (50–70-ci illər)
  • İkinci mərhələ (80–90-cı illər)
  • Üçüncü mərhələ (2000-ci ildən indiyə qədər)

Şəkildən göründüyü kimi hər 15–20 ildən bir texnoparkların yeni formatlarının yüksəliş dövrü baş verirdi. Bu da bazar və iqtisadiyyatın dəyişkən inkişaf tendesiyası və ümumilikdə cəmiyyətin transformasiyası ilə izah edilir.

Texnoparkların inkişaf təsnifatı

[redaktə | mənbəni redaktə et]

Texnoparkların inkişaf təsnifatını cədvəl şəklində aşağıdakı kimi verə bilərik:

Texnoparklar 50–70-ci illər 80–90-cı illər 90–2000-ci illər
Geniş yayılan növləri Universitet texnoparkları; Regional sahə texnoparkları; Elmi şəhərcik Texnoloji inqubatorlar; İxtisaslaşmış texnoparklar; Texnologiyaların transfer mərkəzi Şəbəkə texnoparkları; Kovorkinqmərkəzlər; Texnoparklar cəmiyyəti.
Əsas prosesləri Elmi tədqiqat işlərinin tətbiqi Elmi tədqiqat işlərinin kommersləşdirilməsi İnformasiya mübadiləsi mühitinin yaradılması (Future knowledge Ecosystems-gələcək bilik ekosistemləri)
Nüvə Universitet labaratoriyaları; Kompleks layihə və tədqiqat biroları; Transmilli şirkətlər Texnoloji biznes-inkubatorlarının ofis kompleksi Virtual şəbəkə; Texnoparkların şəbəkə bölmələri
Maraqlı tərəflər Universitetlər; Transmilli şirkətlər Ölkə, region hakimiyyətləri İnnovasiya brokerləri və arentləri; Vençur şirkətləri və investisiya fondları
Məhsul İnnovasiya məhsulları Texnologiya və texnoloji qərarlar (nəticələr) Tədqiqat potensialı
Texnoparkın əsas xidməti Bilik mənbələrinə (universitet) və ya praktiki məsələ mənbələrinə (şirkətlərə) keçid Xeyirli icarə, genişlənmiş xidmətlər şəraiti Cəmiyyətə çıxış
Lider ölkələr ABŞ, İngiltərə Avropa ölkələri və Asiya ölkələri ABŞ

Texnopark, sənaye parklarının, klasterlərin müqayisəsi

[redaktə | mənbəni redaktə et]
Fərqləndirici xüsusiyyətlər Texnopark Sənaye texnoparkı Klaster və Texnoloji sahə Texnopolis
1 İqtisadi məzmun İdeya, kəşfi kapital və sahibkarla birləşdirilməsi, şirkətin ilkin dövrünün təmini üçün ictimai və özəl fondların cəlb edilməsi Kiçik və orta biznesdən olan xüsusi təhcizatçıların iri şirkət ətrafında birləşməsi Ümumi fəaliyyət mühiti ilə bağlı olan, bir-birini tamamlayan, ümumi infrastrukturu, işçi bazarını, xidmətləri bölən, oxşar imkanlar və təhlükə ilə məşğul olan, ümumi şəbəkəyə malik coğrafi qonşu olan təşkilatlar qrupu Öz sənaye fəaliyyətinin təşkili pirinsipləri olan ümumiləşdirilmiş ərazi sərhədlərində xüsusi iqtisadi zonanın növü
2 Funksiyalar Yeni məhsulun təcrübi istehsaldan kommersiyaya keçməyinin stimullaşdırılması Sahə müəssisəsində elm və texniki nailiyyətlərin tətbiqi əsasında yeni iş yerlərinin artırılması, kiçik və orta biznesin inkişafı Yeni tam istehsal sistemlərinin inkişafı, texnologiyaların yaradılması, tətbiqi və yayılması, sənayenin formalaşması və məhsul satışı Qabaqcıl elm tutumlu sənaye istehsal sahələri ilə elmi tədqiqatların birləşdirilməsi
3 İştirakçılar və onların qarşılıqlı fəaliyyət şərtləri İstehsalat, elmi, infrastruktur müəssisələri yığcam yerləşmiş, nəzarət altında idarəetmə heyəti və məsləhətçilərlə əlaqədə işləyir. Tədrislə məşğul olurlar Sənaye müəssisələri və inkişaf etmiş bu ərazidə birləşən güclü texniki və sosial infrastruktur Bir-birini tamamlayan şirkətlər kompleksi(istehsalat, elmitədqiqat, avadanlıq təhcizatçısı və müxtəlif xidmətlər) klaster iştirakçıları və infrastruktur şirkətləri, onların xidmət sahələri bir yerdə işləyir Tədris təşkilatları, tədqiqat labaratoriyaları, istehsalat sexləri, nəqliyyat infrastrukturu, turist agentliyi, öz polisi daxil edilir
4 Təsisçilər İnnovasiya müəssisələri, ali məktəblər, dövlət hakimiyyət orqanları Yoxdur. Təşəbbüskarlar və investorlar- dövlət hakimiyyət orqanları, innovasiya müəssisələri, xarici ortaqlar Yoxdur. Təşəbbüskarlar və investorlar- dövlət hakimiyyət orqanları, innovasiya müəssisələri Bir neçə təsisçi- yəni dövlət hakimiyyəti və idarəetmə orqanları, elm və istehsalat
5 Sosial şərait Sosial infrastruktur olmaya bilər Ərazidə olan Ərazidə olan Yüksək səviyyədə şərait
6 Məqsəd Tədqiqat fəaliyyətinin kommersialaşması Hər müəssisənin son məhsulunun rəqabət üstünlüklərini gücləndirmək, xərclərin azaldılması, xidmətlərin keyfiyyətinin və səmərəsinin artırılması Yeni texnologiyaların tətbiqi hesabına iştirakçıların rəqabət qabiliyyətini artırmaq. Sinergiya səmərəsi hesabına uyğun elm tutumlu xidmətlərin xərclərinin azalması və keyfiyyətinin artırılması. İri müəssisələrin reformu hesabına məşğulluğu təmin etmək. Klaster iştirakçılarının maraqlarını müxtəlif hakimiyyət orqanları qarşısında birləşdirmək Elmi araşdırmaların, tətbiqi tədqiqatların nəticələrini kommersləşdirmək məqsədilə fundamental tədqiqatların aparılması
7 Yerləşmə ərazisi Ali məktəb, elmi tədqiqat institutu, sənaye müəssisələri, istehsal sahəsi yaxınlığında Bir və ya bir neçə təhsil sərhədlərində, böyük müəssisələrin sahəsində Region, ölkə sərhədlərində — texnologiyalar yaradılan və yayılan coğrafi ərazi Müxtəlif istiqamətli bir

neçə texnopark və təhsil ocaqları daxil ola biləcək şəhər və ya elmi şəhər. Mərkəzdən uzaq, lakin nəqliyyat magistralına yaxın

8 İnkişafın iqtisadi bazası İdarəetmə infrastrukturu, telekommunikasiya mühəndis və informasiya xidmətləri, hüquqi müşayiətə qənaət Yeni infrastruktur obyektlərini yaratmağa qənaət. Yeni istehsalatın yaradılması əsasında qarşılıqlı fəaliyyətin birləşməsi Həcm səmərəsi hesabına yeni texnologiyaların tətbiqi xərclərini azaldır. Yeni vergi və korporsiya üzvlük haqları Yeli vergi və iştirakçı müəssisələrin üzvlük haqqı

Texnoparkların inkişafına təsir edən əsas meyllər

[redaktə | mənbəni redaktə et]
  • Fiziki infrastrukturun qiymətinin (dəyərinin) artması (həm tikinti qiymətlərinin, həm də istismar xərcləri);
  • İnformasiya texnologiyalarının və informasiya hüdudlarının inkişafı (məsafədə yerləşən subyektlər arasında informasiya mübadiləsinə imkanı);
  • İnnovasiya şirkətlərinin maliyyə imkanlarının azalması (tələbin sıxılması və innovasiya məhsulunun maya dəyərinin azalması).

Texnopark yaradılmasında məqsədlər

[redaktə | mənbəni redaktə et]

Texnopark yaradılmasında məqsədlər aşağıdakı göstəricilərdir:

  • Texnoparka daxil olan şirkətlərin də elmi, texniki və texnoloji idarəetmə yolu ilə elmtutumlu texnologiyaların dinamik inkişafına şərait yaratmaq;
  • Tədqiqat və işləmələrin perspektiv istiqamətlərini inkişaf etdirmək;
  • Yüksək və elmtutumlu texnologiya sahəsində məsələlərin həlli üçün paylaşmış şirkətlərin inteqrasiyası;
  • İdeya, işləmə, kəşf və lazımı modellərin, texnologiyaların marketinqi;
  • "Beyin axınının" qarşısını almağa şərait yaratmaq;
  • Ölkənin informasiya infrastrukturunun inkişafı;
  • Patent və müəllif hüquqlarının alınması və ötürülməsinin hüquqi tərəflərinin təşkili;
  • Əqli mülkiyyətin təhlükəsizliyi.

Texnopakların vəzifələri

[redaktə | mənbəni redaktə et]

Texnoparkın əsas vəzifəsi yeni texnologiya yaratmaqla məşğul olan sahibkarlıq kollektivinin dəstəklənməsindədir. Texnoparkın digər vəzifələri:

  • Yeni elmtutumlu texnologiyaların işlənməsi və tətbiqi;
  • Yeni texnologiyaların işlənməsi və qlobal bazara çıxarılması;
  • Layihələrin inteqrasiyası nanoüzrə ixtisaslaşdırılmış kadrların hazırlanması;
  • İnvestisiyanın cəlb edilməsi;
  • Elmtutumlu və informasiya texnologiyalarının inkişafının dünya tendesiyasının monitorinqi;
  • İşləmələrin prioritet istiqamətlərinin təyin edilməsi;
  • Kompleks marketiq tədqiqatlarının aparılması;
  • Potensial, partner, və sifarişçilərin axtarılması;
  • Texnopark şirkətlərinin informasiya dəstəyi.

Təklif edilən xidmətlər

[redaktə | mənbəni redaktə et]

Texnopark aşağıdakı xidmətləri göstərməlidir:

  • Ofis üçün yerlərin təqdim edilməsi (tam infrastruktur);
  • Şirkətlərdə olmayan xidmətlərin göstərilməsi (hüquq, mühasibat, tərcümə və s.);
  • Danışıqların aparılması üçün konfrans zalı və ərazilər;
  • Xarici nümayəndələrin dəvət olunması;
  • Tədbirlərin keçirilməsi;
  • İnvestorların axtarılması.

Lazım olan ehtiyatlar

[redaktə | mənbəni redaktə et]
  • Ofis üçün otaqlar;
  • Danışıqlar aparmaq üçün otaqlar və konfrans zalı;
  • Kompüter və kommunikasiya avadanlığı;
  • İnsan resursları;
  • Nəqliyyat;
  • İnformasiya.

Şirkətlərin seçim amilləri

[redaktə | mənbəni redaktə et]

Texnopark ehtiyatlarından daha səmərəli istifadəsi üçün şirkətlər aşağıdakı amillərlə seçilməlidir:

  • Fəaliyyət növünə görə;
  • Təşkilati səviyyəyə görə;
  • İqtisadi göstəricilərinə görə (dövriyyəsi və maliyyə vəziyyəti).

Texnoparkın idarə edilməsi

[redaktə | mənbəni redaktə et]

Şirkətin texnoparka daxil olması ikitərəfli müqavilə əsasında olmalıdır. Müqavilədə tərəflərin vəzifələri və şirkətin texnopark strukturuna daxil olması, çıxması şərtləri nəzərə alınmalıdır və müqavilə şərtləri pozulduqda görülən tədbirlər nəzərə alınmalıdır.

Texnoparkın maliyyələşməsi

[redaktə | mənbəni redaktə et]

Maliyyələşmə texnopark fəaliyyətinin əsas elementlərindəndir. Vəsait cəlb edilməsi üçün aşağıdakı ehtiyatlar cəlb edilməlidir:

  • Qrantlar;
  • Kommersiya fəaliyyəti;
  • Konfrans, sərgi, seminar keçirilməsi;
  • Texnologiyaların satışı;
  • Marketinq tədqiqatlarının satışı və s.;
  • Dövlət maliyyələşməsi;
  • İnvestisiyanın cəlb edilməsi.

Texnoparkların obyektləri

[redaktə | mənbəni redaktə et]

Texnoparkın tərkibinə digər obyektlər daxil olmalıdır:

  • Ofis ərazisi (sahəsi);
  • Biznes-inkubatorları;
  • Kollektiv istifadə mərkəzləri;
  • Laboratoriya sahəsi;
  • Anbar kompleksi;
  • Sosial infrastruktur (yaşayış və əyləncə infrastrukturu) (yaşayış evləri, mehmanxana, məktəb və uşaq baxçası, tibb ocaqları, əyləncə, ticarət məzrkəzləri və s.).

Klaster, zona və parkların yaradılması səbəbləri və məqsədləri

[redaktə | mənbəni redaktə et]
Parklar Klasterlər XİZ-lər
İqtisadi səmərəliliyin və rəqabətliliyin gücləndirilməsi İnnovasiyalara dəstək, rəqabətliliyin gücləndirilməsi İxracatın təşviqi
İnnovasiyaların və yenilənmənin dəstəklənməsi (texnoloji park) Əlaqə qurulması, biliyin paylaşması və yenilənmənin sövq edilməsi Yeni siyasətlərin və tədbirlərin sınaqdan keçirilməsi
İnvestisiyaların cəlb edilməsi Start-ap, genişlənmə və investisiyalar Xarici investisiyaların cəlb edilməsi
İş yerlərinin yaradılması İş yerlərinin yaradılması İş yerlərinin yaradılması
Ərazi inkişafı Struktur transformasiya və ərazi inkişafı Ərazi inkişafı
Sənaye infrastrukturunun təkmilləşdirilməsi Təlimlər, bacarıqların inkişafı Xarici valyuta gəlirləri

Bir başqa tərif Beynəlxalq Elm Parkları və İnnovasiya Sahələri İttifaqına (International Association of Science Parks and Areas of Innovation-IASP) görə elm və texnologiya parkları, dinamik və innovativ siyasət qarışıqları, proqramlar, yüksək əlavə dəyərli xidmətlərlə aşağıdakı məqsədlərə xidmət edirlər:

  • universitetlər ilə firmalar arasındakı informasiya və texnologiya axınını hərəkətə gətirmək və idarə etmək;
  • firmalar, sahibkarlar və mühəndislərarası ünsiyyəti asanlaşdırmaq;
  • innovasiya və keyfiyyətə bağlı dəyərlərin inkişafına kömək edəcək mühit yaratmaq;
  • firmalar və tədqiqat institutları qədər insanlara da (sahibkarlar və "informasiya işçiləri") diqqət yetirmək;
  • inkubator və "spin-off" mexanizmləri ilə yeni müəssisələrin qurulmasını asanlaşdırmaq və kiçik və orta müəssisələrin böyümələrini sürətləndirmək;
  • dünyada minlərlə innovasiya firmalarını və Araşdırma İnstitutunu bir araya gətirən qlobal bir şəbəkə içində fəaliyyət göstərərək oturaq firmaların beynəlxalq səviyyəyə çatmasını asanlaşdırmaq;
  • inkubator və "spin-off" mexanizmləri ilə yeni müəssisələrin qurulmasını asanlaşdırmaq və kiçik və orta müəssisələrin böyümələrini sürətləndirmək;
  • dünyada minlərlə innovasiya firmalarını və Araşdırma İnstitutunu bir araya gətirən qlobal bir şəbəkə içində fəaliyyət göstərərək oturaq firmaların beynəlxalq səviyyəyə çatmasını asanlaşdırmaq.

2013-cü ilin mart ayı məlumatlarına görə IASP-yə üzv 69 ölkədən cəmi 388 elm parkında 128. 000-dən çox şirkət var.

Yaranma məqsədlərinə görə dəyişik terminlərlə ifadə edilən texnoparklar ABŞ-də Araşdırma Parkı (Research Park), İngiltərədə Elm Parkı (Science Park), Fransa və Yaponiyada Texnologiya Şəhəri (Technopole, Technopolis) kimi adlandırılır. Ayrıca Teknopark yerinə Təşəbbüskar Mərkəzi (Enterprice Center), Yenilik (İnnovasiya) Mərkəzi, Sənaye Park (Industrial Park), İş Mərkəzi (Business Center) kimi adlardan da istifadə edilməkdədir. Babacan teknoparkları aşağıda maddələr halında sadalanan məqsədlər əsasında qurulan yerlər olarak bildirmişdir.

  • Yeni texnologiya əsaslı müəssisələrin yaradılması və inkişaf etdirilməsi;
  • Araşdırma və inkişaf etdirmə fəaliyyətlərini investisiyaya çevirmək;
  • Sahibkarlığı təşviq etmək;
  • Bölgədə iqtisadi fəaliyyətlərin sayını və tiplərini artırma;
  • Texnologiya transferini dəstəkləmək;
  • Universitetdəki yaradıcılıq və informasiyanı kommersiyalaşdırmaq;
  • Təhsil gücünü artırmaq;
  • Regionda qalan universitet məzunlarına iş imkanları yaratmaq;
  • Daha yüksək maaş ödəyən iş imkanı yaratmaq;
  • İşçilərin bacarığını inkişaf etdirmək və yeni şanslar vermək.
  • Texnoparkdan qazanc əldə etmək;

OECD-nin 1986-cı ildə təşkil etdiyi "Science Parks, and Technology Complexes in Relation to Regional Development" mövzulu seminarındakı təqdim edilən təbliğə görə texnoparkların quruluş məqsədləri aşağıdakılardır:

  • Şəhər ətrafının canlandırılması;
  • Qabaqcıl texnologiyadan istifadə olunan sektorlarda məşğulluğun böyüməsini təmin etmək;
  • Uzun dövrlü məşğulluğun artımını və yenilik mənbəyi olarak texnologiya mənşəli kiçik müəssisələrin və ortaqlıqların ortaya çıxarılmasını təmin etmək;
  • Regionlar arası inkişaf fərqini azaltmaq;
  • Yerli rəhbərlikləri texnolojik inkişafda aktiv hala gətirmək;
  • Araşdırma və İnkişaf etdirmə səylərinin regional və yerli iqtisadiyyatda yenidən qurulmasının təmin edilməsi;
  • Regional yenilik yaratma səyləri üçün infrastrukturun yaradılmasını təmin etmək;
  • Regional resursları ilə bölgənin araşdırma gücü və yüksək təhsil müəssisələri arasında daha məhsuldar və aktiv əlaqələr qurmaq;
  • Məhsul yeniliyinin meydana gəlməsinə şərait yaradaraq yerli sənayenin canlandırılmasını və modernizasyonunun təşviq etmək;
  • Yüksək texnologiyalı firmaları bölgəyə qazandırmaq məqsədiylə qurulan mərkəzlər olarak adlandırılır.

Beləliklə, texnoparkların təşkili və fəaliyyəti üzrə beynəlxalq təcrübəsi göstərir ki, şirkətlərin aşağıda göstərilən məqsədlərə görə birləşə bilər:

  • Milli elmi-texniki təcrübənin və potensialın toplamnası;
  • Ölkə iqtisadiyyatında sənayeni inkişaf etdirməsi;
  • İnvestorların cəlb edilməsi.

Texnoparklar və onun verdiyi töhfələr

[redaktə | mənbəni redaktə et]

Texnoparklar: ona daxil olan firmalara üstünlük verməklə yanaşı, sahibkarlara, universitetlərə, bölgəyə və ölkəyə fayda verməkdədir. Bu fəaliyyətlər aşağıda göstərilmişdir

Sahibkarlara olan faydaları

[redaktə | mənbəni redaktə et]
  • Texnoparklar firma və akademik təşkilat arasında sinerji meydana gətirər;
  • İnformasiyanın, məlumatların və hətta texnologiyanın partnyorlar arasında qarşılıqlı mübadiləsinin olması xəbərdar edilir və inkişaf edir;
  • Firmalar, universitet və sənaye arasındakı əlaqələrin çox yaxşı dərk edir;
  • Universitetlər elmi , bilik və təcrübəni firmalara çatdırırlır;
  • Texnoparklar firmalara önəmli bir resurs şəbəkəsi təmin edir;
  • Firma və universitetlər arasındakı yaxınlıq, formal (lisenziya və əməkdaşlıq ortaqlıqları) və informal (elm adamı hərəkətliliyi, yığıncaq və müzakirələr) şəbəkələrdən təbii bir dəyişmə imkanı yaradır;
  • Firmaları vergi imtiyaz ilə təmin edilir;
  • Firmalar qarşılıqlı əlaqəyə təşviq edilir;
  • Texnopark firmalara imic və etibarlılıq verir;
  • Firmalar texnopark və universitet tərəfindən məsləhət xidməti alır;
  • Texnoparklar, işə götürənlərə ünsiyyət, fotokopiya və digər katiblik xidmətləri təqdim edərək əsl hədəflərinə daha çox zaman ayırmalarını təmin edir;
  • Texnoparklar firmaların yaşama və böyümə məqsədlərinə xidmət etmək üçün aşağı icarə xidməti, uyğun fiziki mühit, inkubator və yerli iqtisadiyyatdakı firmalarla əlaqə imkanlarını təqdim edir;
  • Firmalar ayrıca texnoparklardan maliyyə, marketinq və idarəetmə sahələrində kömək alırlar;
  • İstehlakçı araşdırma xərclərini azaldır;
  • Firmalar müştəri yönümlü və əlavə dəyəri daha çox olan yeni məhsul istehsal edir.

Universitetə olan faydaları

[redaktə | mənbəni redaktə et]
  • Universitetlər dövlətdən əlavə maliyyə vəsait alırlar;
  • Firmaların elm və texnologiya ilə əlaqədar tələbləriylə bağlı sahələrdə universitetlərin araşdırma gündəliyini inkişaf etdirməsi və yenilənməsi müsbət amildir;
  • Texnoparklar universitetin elm və texnologiya sahəsindəki kəşflərini cəmiyyətə

çatdırırlır;

  • Texnoparkların universitet ilə olan qarşılıqlı əlaqəsi innovasiya qabiliyyəti və həcminə müsbət istiqamətdə təsiri təmin edir, beləcə rəqabət performansı da inkişaf etmiş olur;
  • Texnoparklardan əldə edilən texnoloji ixtiralar, araşdırmanın istehsala çatdırıldığı katalitik inkübatör mühiti meydana gətirir;
  • Texnoparklar akademik mühitə araşdırmanın kommersiyalaşması üçün bir iş başlatma imkanı verir. Texnoparklar olmadan bir çox akademik mənşəli firmaların qurulması qeyri-mümkün olardı;
  • Texnoparkla universitet arasındakı məsafə ilə akademik tədris planının tətbiqli araşdırmaya əsaslanması arasında tərs mütənasiblik vardır.

Regiona aid olan faydaları

[redaktə | mənbəni redaktə et]
  • Texnoparklar iqtisadi inkişaf ilə regional fərqlilikləri aradan qaldırmaq və bununla da ixtisaslaşmaların üstünlüyündən faydalanmaq üçün istifadə edə bilər. Bir texnopark regional iqtisadiyyata yenidən adaptasiya olmaq, ya da yenidən tarazlıq yaratmaq üçün katalizator kimi də iş görə bilir;
  • Sənaye və texnoloji inkişaf ilə maraqlanan dövlət və digər təşkilatlar, məhrum olan bölgələrdəki iqtisadi inkişafı dəstəkləmək, uyğun bir fiziki məkan yaratmaq üçün regional məqsədli tədbirlər görülür, texnopark da bunlardan biridir;
  • Texnoparklar qurulduqları bölgədə məşğulluq imkanlarını artırırlar;
  • Texnoparklar ətrafında yaşayan insanların gəlir səviyyəsinə müsbət təsir edə

bilər;

  • Texnoparkların qurulduğu bölgələrdə yenidən sənayeləşmə meydana gəlir;
  • Texnoparkların olduğu yerlərdə regional inkişaf baş verir;
  • Regionun təhsil səviyyəsi arta bilər.

Ölkəyə olan faydaları

[redaktə | mənbəni redaktə et]
  • Universitet və sənayelərin yaxın əlaqəsi yalnız qarşılıqlı fayda verməz, eyni zamanda da ölkənin sənaye rəqabətinə kömək edir;
  • Yüksək təşkilat əlaqələrinin inkişafı, ölkənin innovasiya və istehsal gücünün artmasina imkan yaradır;
  • Ölkənin işsizlik nisbətini azaldır;
  • Ölkənin dünyadakı imicini və hörmətini artırır;
  • Ölkənin elm və texnologiya səviyyəsi yüksəlir;
  • İxtisaslaşmış əmək inkişaf edir;
  • Ölkə beynəlxalq bazara açılır.

Texnoparkların hədəfləri və uğur meyarları

[redaktə | mənbəni redaktə et]

Dünyadakı uğurlu texnoparkların təməl hədəflərinə baxıldığında ortaq nöqtələr olduğu görüləcək. Teknoparkların olduğu regionun və ölkənin texnoloji və iqtisadi inkişafına əhəmiyyətli töhfələr verdiyini söyləyə bilərik. Texnoparklar quruluş mərhələsindən ancaq 5–10 il sonra istənilən nəticələrini verməyə başlarlar. Texnoparkların uğurlarının ölçülməsi üçün əvvəlcə müəyyən bir zaman kəsiyinin keçməsi, qiymətləndirmənin daha sonra edilməsi uyğundur. Texnoparkların uğurlu fəaliyyəti nəticəsində əldə edilən naliyyətlər iki başlıq altında araşdırıla bilər.

İnfrastrukturundan tutmuş xidmət dəstəyinə qədər bir çox peşəkar şəbəkələr texnoparkların uğur qazanmasında əsas rol oynayır. Daha çox texnoparkları quran, investisiya qoyan və işlədən təşkilatların imkanları və resursları ilə əlaqəli olan texnoparkların uğurlarının ölçülməsində istifadə olunan meyarlar aşağıda maddələr halında verilmişdir:

  • Texnopark nəzdindəki tədqiqat-inkışaf etdirmə heyətinin toplam personal sayına nisbəti;
  • Texnoparka qoyulmuş olan investisiyanın geri dönüş sürəti;
  • Fəaliyyətilərin davamlılığı və gəlirliliyi;
  • Texnoparka cəlb edilən xarici investisiya miqdarı;
  • Milli və beynəlxalq universitetlər, teknoparklar və əlaqədar digər təşkilatlarla qurulan formal və informal əməkdaşlıq mexanizmləri;
  • Təqdim edilən iş və həyat səvəyyəsinin keyfiyyəti;
  • Texnoparkda çalışan toplam personal sayı;
  • Regionda təqdim edilən xidmətlər, ümumi sahələr və digər imkanlardan istifadə nisbəti;
  • Regionun milli və beynəlxalq sahədə tanınması və prestiji;
  • Təqdim edilən infrastruktur və xidmətlərin keyfiyyəti ilə bağlı tutarlı qiymətlər;
  • Firmaların texnoparkın təqdim etdiyi xidmətlər və təmin etdiyi imkanlarla əlaqədar məmnuniyyəti;
  • Texnoparkların doluluq nisbəti;
  • Texnopark tərkibinə daxil edilən yerli və xarici şirkətlər;
  • Texnoparkın yaradılması üçün lazımı maliyyə mənbələrinə giriş (təmin edilən uyğun şərti qrant və maliyyə ehtiyatları);
  • Təsisçi universitet ilə təşkilatlar yüksək keyfiyyətli dəstək xidmətləri və maliyyə mənbələri (fond və qrant mənbələrə giriş, risk kapitalı, əqli mülkiyyət hüquqları, maliyyə, hüquqi mövzularda dəstək, inkubator xidmətləri, ixracatın inkişaf etdirilməsi, iş dünyası ilə inteqrasiyanın təmin edilməsi, iş planı hazırlanması, investorun tapılması və s.);
  • Texnoparkların diqqət mərkəzində saxladığı texnologiyanı sahələrinin tərkibinə çəkməsi üçün regionda həyata keçirilən fəaliyyətlərin bölgə hədəflərinə olan uyğunluğu;
  • Yaradılan üst qurum (ofis sahəsi, sənaye sahəsində, anbar sahəsi) və keyfiyyəti;
  • Yaradılan infrastruktur və keyfiyyəti (yüksək sürətli internet kimi);
  • Yaradılan yüksək keyfiyyətli ortaq məkanlar (yığıncaq, konfrans salonları, ümumi iş və tədqiqat sahələri, təhsil sinifləri, restoran, ictimai sahələr, və s.)

Texnopark rəhbərliyinin uğuruna söykənən faktorların yanında, teknoparkların nəzdindəki firmaların etmiş olduqları fəaliyyətlər nəticəsində əldə etdikləri uğurların ölçülməsi aşağıda vurğulanmışdır:

  • Regionda həyata keçirilən texnologiya transferləri;
  • Regionda istehsal olunan yeni məhsul və istehsal texnologiyaları;
  • Araşdırma-inkışaf etdirmə (Ar-Ge) və proqram təminatı sahəsində çalışan yeni firmaların qurulması;
  • Regionda aparılan Araşdırma-inkışaf etdirmə və proqrama söykənən ixracat;
  • Araşdırma-inkışaf etdirmə xərclərinin ümumi satışlara nisbəti;
  • Araşdırma-inkışaf etdirmə xərclərinin geri dönüş sürəti;
  • Start-up (yeni qurulmuş şirkətlər) firma sayı;
  • Spin-off (universitet və ya təşkilati araşdırma qrupunun fəaliyyətlərini ticariləşdirmək üçün qurduqları şirkət) firma sayı;
  • Bölgədəki texnologiya fəaliyyətlərinin çeşidlənməsi, yeni sahədə işlərin artması;
  • Yeni qurulan şirkətlər yolu ilə yaradılan əlavə məşğulluq;
  • Firmaların fəaliyyətlərindəki artım, böyümə səbəbiylə əlavə iş gücünə ehtiyac yaranması nəticəsində yaradılan əlavə məşğulluq;
  • Bölgədəki işlər nəticəsində alınan patent və digər əqli mülkiyyət hüquqları;
  • Regionda çıxarılan prototiplər;
  • İstehsala keçilən və kommersiyalaşdırılan məhsullar;
  • Bölgədəki fəaliyyətlər nəticəsində çıxarılan araşdırma nəşrləri;
  • Regionda çalışan alim və tətqiqatçı sayı;
  • Regionda çalışan (staj və yarı zamanlı) tələbə sayı;
  • Yerli və beynəlxalq bazarda satılan yeni məhsul və ya istehsal texnologiyaları;
  • Regionda yaradılan əlavə dəyər (satışdan əldə edilən gəlir/ümumi xərc);
  • Regionda istehsal edilən məhsul və xidmətlər nəticəsində əldə edilən idxal iqaməsi;
  • Xarici firmalarla qurulan ortaqlıq sayı;
  • Universitet ilə araşdırma təşkilatları, texnopark firmalarının icra etdiyi ümumi layihə sayı;
  • Bölgədəki fəaliyyətlər nəticəsində ticari tətbiqə keçirilən elmi iş sayı;
  • Texnopark firmaları arasında inkişaf etdirilən ümumi layihə və əməkdaşlıq sayı;
  • Texnoparkdaki şirkətlər ilə texnologiya bölgəsi xaricindəki Araşdırma-İnkişaf mərkəzləri və digər texnologiya bölgələrində olan şirkətlər arasındakı əlaqə;
  • Universitet mənbələrinin istifadəsindəki artım (kitabxana, laboratoriya, araşdırma mərkəzləri, ictimai obyektlər və s);
  • Texnoparkda çalışan yerli, xarici işçilərin sayı.

Texnoparkın formalaşması mərhələləri

[redaktə | mənbəni redaktə et]

Texnoparkların yaradılması üzrə ümumi sxemi 3 mərhələyə bölmək olar:

  1. İlkin mərhələ
  2. Təşkilati mərhələ
  3. Qurulma mərhələsi

İlkin mərhələ

[redaktə | mənbəni redaktə et]

Texnopark yaradılmasında maraqlı olan təşkilatın işçilərindən inisiativ qrup formalaşır. Bura dövlət nümayəndələri, universitet, təşkilat, elmi-tədqiqat institutları, şirkət və s. nümayəndələri daxil olur.

Qrupun vəzifələrinə aiddir:

  • Texnopark yaradılacaq region, şəhər, ərazinin innovasiya potensialının öyrənilməsi;
  • Kiçik və orta sahibkarlıq vasitəsilə ərazi problemlərinin, sosial- iqtisadi və texnoloji inkişafın üstünlüklərinin öyrənilməsi;
  • Ərazidə onun inkişaf üstünlüyünə uyğun olaraq sahibkarlıq aktivliyinin inkişafının dinamikasının öyrənilməsi;
  • Ərazinin mümkün sahibkarlıq potensialının, onun sosial və demoqrafik strukturunun müəyyən edilməsi;
  • Sahibkarlığın elmi və elmi-xidməti sahəsində. Elmtutumlu biznesin amillərinin müəyyən edilməsi;
  • Elmtutumlu biznesin tələb və təkliflərinin müəyyən edilməsi;
  • Ərazidən asılı olaraq texnoparkın əsas istiqamətlərinin müəyyən edilməsi;
  • Elmtutumlu bizneslə başlayan sahibkarların xidmətlərinin, texnoparkın kollektiv istifadə mənbələrinin müəyyən edilməsi;
  • Texnoparkın, orda yerləşən kişik elmtutumlu firma və başlayan sahibkarların maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
  • Texnoparkın təşkili və inkişafı yerinin minimum maliyyə istifadə etmək şərti ilə seçilməsi.

Regionda vəziyyətin öyrənilməsi əsasında texnoparkın konsepsiyası işlənilir. Bu konsepsiyada elmtutumlu biznesin formalaşması üçün şəraitin yaradılması, əraziyə yerli və xarici elmtutumlu şirkətlərin cəlb edilməsi, təhsil, elm, istehsalat və hakimiyyətin ərazi inteqrasiyasının səmərəli mexanizmi, kiçik elmtutumlu sahibkarlığın inkişafı ilə sosialiqtisadi problemlərin həlli öz əksini tapmalıdır. Hazırlanan konsepsiya əsasında texnoparkın yaradılması təklifi hazırlanır.

İşçi qrupu 5 əsas istiqamətdə fəaliyyət göstərir:

  1. Texnoparkın fəaliyyətini təmin edən sənədlərin işlənməsi;
  2. Sahələrin fondunun formalaşması;
  3. Texnoparkın gələcək inkişafını təmin edən torpaq fondunun formalaşması;
  4. Texnoparkın infrastrukturunun formalaşması;
  5. Texnopark üçün sahibkarların və arendatorların axtarışı, onların məhsullarının marketinqi.

Texnoparkın ilkin mərhələsində onun potensial müştərilərinin seçimi və onların məhsullarının istifadəçilərinin axtarışı həyata keçirilir.

Təşkilatı mərhələ

[redaktə | mənbəni redaktə et]

Texnoparkların təşkilati mərhəlsində digər vəzifələr həll edilir:

  • Əsasnamə və normativ sənədlərin işlənməsi bitir;
  • Texniki-iqtisadi əsasnamə təsdiq edilir;
  • İşin əməli və perspektiv planı təsdiqlənir;
  • Texnoparkın işinin maliyyə planı təsdiqlənir;
  • Texnoparkın idarə heyəti, rəhbəri, ekspert şurası, məsləhət şurası və s. seçilir;
  • Texnopark hüquqi şəxs kimi qeydiyyatdan keçirilir;
  • Kollektiv istifadə xidmətləri yaradılır;
  • Texnoparkın göstərəcəyi xidmətlər təsdiqlənir, texnoparkın menecer komandası formalaşır.

Qurulma mərhələsi

[redaktə | mənbəni redaktə et]

Bu mərhələ 5 ildən 10 ilə kimi uzana bilər, onun inkubatorunun doldurulması prosesi gedir; ərazilər kirayəyə verilir; yeni binalar layihələnir və tikilir; kollektiv istifadə xidmətləri inkişaf edir; insan resursları hazırlanır; investisiya problemləri həll edilir. Bu mərhələdə texnoparkın yaradıcı müəssisəsinin imkanlarından maksimal istifadə edilir.

İlk növbədə texnoparkın vəzifəsi: dəstəkləmə mühitinin yaradılması üzrə məqsədli iş aparmaq, texnoparkın ilk sadələşmiş quruluşunu müəyyən etmək, 2–3 həftədən sonra ilk xidmətlər kataloqunu nəşr etmək. Texnoparkda yerləşən kiçik şirkətlərin məhsulları kataloqu isə texnoparkın vizit kartı olmalıdır.

Texnoparkın formalaşmasının ilk mərhələsində perspektiv müştərilərin seçimi üçün innovasiya layihələrinin, elmi tədqiqatların nəticəsinin "inventarizasiya mexanizmi" işlənməlidir. Texnoparka razılaşma yolu ilə müxtəlif yerlərdə, hətta xaricdə fəaliyyət göstərən şirkətlər dəvət oluna bilərlər. Ona görə də texnopark yerləşdiyi ərazinin iqtisadi, elmitexniki və əqli potensialını, yüksək texnologiyalar sahəsində imkanlarını açıqlamalıdır. Beləliklə, texnopark yaratmağın daha qəbul olunan yolu: taktiki məsələlərin seçimi, təsisçilərin texnoparkın təşkili üzrə aktiv praktiki fəaliyyəti və eyni zamanda strateji məqəsədə çatmağa can atma. Bu dövrdə əsas məsələ qısa zamanda təşkilati işləri bitirmək və texnoparkın fəaliyyətini təşkil etməkdir.

Texnoparkın fəaliyyəti — ərazi səviyyəsində kiçik elmtutumlu biznesin dəstəklənməsi formaları haqqında aşağıdakı vacib isiqamətlər üzrə qərar qəbul edilir:

  • Torpaq, bina, tikinti, avadanlığın kirayəyə verilməsi;
  • Maliyyə kredit siyasəti;
  • Mülkiyyət və özəlləşdirmə münasibətləri;
  • Vergi siyasəti;
  • Texnopark yaratma layihəsinə regionun sosial-iqtisadi inkişafının prioriteti statusu vermək.

İstənilən texnoparkın müvəffəqiyətinin əsas amili texnopark idarə heyəti və rezidentlərinin rəhbərliyinin biznesi idarəetmə mədəniyyətini mənimsəmə səviyyəsindən asılıdır. Texnopark kiçik elmtutumlu şirkətin idarə edilməsi – risk, qeyri-müəyyənlik, çox istiqamətli kollektivin idarə edilməsi, innovasiya prosesi iştirakçılarının, maliyyə, investisiya təşkilatları, elmi müəssisə və sənaye müəssisələrinin qarşılıqlı münasibətinin təşkili və əlaqələndirmə bacarığıdır. Texnoparkı administrativ üsulla idarə etmək mümkün deyil, bu halda orqanik idarəetmə prinsipləri münasibdir.

  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi / İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu / TEXNOPARKLARIN YARADILMASI ÜZRƏ BEYNƏLXALQ TƏCRÜBƏ
  • Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası
  • Инновационный парк "Синергия". Доступно на: http://www.yarinvestportal.ru/area/sinergia/ Arxivləşdirilib 2018-09-22 at the Wayback Machine
  • Как попасть в промышленный парк? // Федеральный портал малого и среднего предпринимательства. Доступно на: http://smb.gov.ru/content/guide/doingbusiness/bisplace_db/ind_park/ Arxivləşdirilib 2013-11-21 at the Wayback Machine
  • Обзор // ООО "РжевАгроСнаб". 2012. Доступно на: http://www.rzhevagrosnab.com/review.aspx[ölü keçid]
  • Парки для новой промышленности. "Эксперт" № 48 (830). Доступно на: http://m.expert.ru/expert/2012/48/parki-dlya-novoj-promyishlennosti/[ölü keçid]
  • Etzkowitz H. Thetriple helix of university-ındustry-government ımplications for policy and evaluation. Working paper 2002–11. Stockholm, 2002.
  • Etzkowitz H., Networks of innovation: Science, technology, and development ın the triple helix era. International Journal of Technology Management And Sustainable Development. 2002, 1(1), 7–20.
  • Executive Office of The President, National Economic Council, Office Of Science And technology Policy, 2009, "A Strategy for American Innovation: Driving Sustainable Growth and Quality Jobs, Aktaran: (Üniversite-Sanayi İşbirliğinde Önemli Bir Araç; Teknoloji Transfer Arayüzleri, TTGV, 2010: S. 42).
  • Fan, Q., K. Li, D. Z. Zeng, Y. Dong, R. Peng. "Innovationfor Development and the Role of Government: A Perspective from the East Asia and Pacific Region", Washington: The World Bank, (Aktaran: Ünlükaplan İLKER, "Avrupa Birliği Üyesi Ülkelerde İktisadi Kalkınma, Rekabetçilik, ve İnovasyon İlişkilerinin Kanonik Korelasyon Analizi ile Belirlenmesi, Maliye Dergisi, Sayı. 157, 2009.
  • Felsenstein D., University Related Science Parks-‘seedbeds’ or Enclaves of Innovation? Technovation, 1994, 14 (2) 93–110.
  • Fisher M., Innovation, Knowledge Creation and Systems of Innovation. The Annals of Regional Science, 2001, 35, 2, 199–216.