Teymur Nağdalı oğlu Bünyadov (25 dekabr 1911, Qafan rayonu – 9 aprel 1974, Bakı) — Azərbaycan hərbi xadimi, general-mayor (1966).
Teymur Bünyadov | |
---|---|
azərb. Teymur Nağdalı oğlu Bünyadov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 1974 (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | general-mayor |
Təltifləri | 2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Teymur Bünyadov 25 dekabr 1911-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Girətağ kəndində anadan olub[1]
1941-ci ildə Qafan RHK-dan orduya çağırılmışdır. F.E.Dzerjinski adına artilleriya Akademiyası nəzdində artilleriya birləşmələri üçün komissarlar hazırlayan birillik kursu bitirmiş, Stalinqrad və Cənub-qərb cəbhələri siyasi idarələrində baş təlimatçı olmuşdur.[2]
1946-1952-ci illərdə "Buzovnaneft" tresi rəisinin müavini, Azərbaycan SSR yeyinti sənayesi nazirinin birinci müavini və başqa vəzifələrdə çalışmışdır.[2]
1952-ci ildə yenidən hərbi xidmətə çağırılmış, diviziya siyasi idarəsinin rəisi təyin edilmiş, 1955-ci ilədək bu vəzifədə işləmişdir.[2]
1955-1960-cı illərdə Azərbaycan SSR Daxili İşlər Nazirinin müavini, 1960-1967-ci illərdə DİN-də komendant, 1967-1970-ci illərdə isə SSRİ DİN qoşunlarının Zaqafqaziya üzrə komendantının birinci müavini olmuşdur.[2]
1966-cı ildə general-mayor rütbəsi almışdır[2].
1970-1974-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində işləmişdir.[2]
Teymur Bünyadov uzun sürən xəstəlikdən sonra 9 aprel 1974-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[2]