Teymur Məmmədhəsənov (əsgər)

Teymur Məmmədhəsənov- ({{DVTY}} şablonu boşdur ) - Azərbaycanlı şəhid.

Teymur Məmmədhəsənov
Məmmədhəsənov Teymur Akif Oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə
Vəfat tarixi
Vəfat yeri Murovdağ
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan
Hərbi fəaliyyəti
Xidmət illəri 1992-1993
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Teymur Məmmədhəsənov 1969-cu il noyabrın 6-da Gəncə şəhərində anadan olmuşdur. 44 saylı məktəbin məzunudur. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirən Teymur 1992-ci il iyun ayının 15-də Kəpəz Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 701 saylı hərbi hissədə atıcı idi[1].

Hərbi xidmət[redaktə | mənbəni redaktə et]

Gənc döyüşçü Məmmədhəsənovun döyüş dostları arasında böyük hörməti vardı. Ona tapşırılan hər bir əməliyyat uğurla həyata keçirilirdi. Teymurun göstərdiyi hərbi xidmət hərbi hissə komandiri tərəfindən yüksək qiymətləndirilmiş, onun ailəsinə 2 dəfə «Təşəkkürnamə» məktubu göndərilmişdi. Teymur Akif oğlu Məmmədhəsənov 1993-cü ilin şaxtalı-boranlı qış aylarında Murovda döyüş postunu qoruyarkən şaxtaya düşmüşdür. Sonrakı taleyi haqqında heç bir məlumat yoxdu.


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://gencesehidleri.az/sehidler/261-memmedhesenov-teymur-akif-oglu.html