Teymur Qasımov (14 oktyabr 1973[1], Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet.[2]
Teymur Qasımov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Teymur Qasımov |
Vətəndaşlığı | |
Doğum tarixi | 14 oktyabr 1973[1] (50 yaş) |
Doğum yeri | |
İdman növü | Yüngül atletika |
Teymur Qasımov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 10.98 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.[3]
Daha sonra Teymur Qasımov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 11.18 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.[4]