Teymur Rəsulov ({{DVTY}} şablonu boşdur ) — Birinci Qarabağ döyüşlərində şəhid olmuşdur.
Teymur Rəsulov | |
---|---|
Teymur Vəliağa oğlu Rəsulov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Masallı rayonu |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Füzuli |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Masallı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Vəliağa Rəsulov |
Anası | Səmayə Rəsulova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan ordusu |
Qoşun növü | Azərbaycan Silahlı Qüvvələri |
Xidmət illəri | 1992-1994 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Füzulinin azad edilməsi |
Rəsulov Teymur Vəliağa oğlu 05 fevral 1973-cü ildə Masallı rayonu Mololon kəndində anadan olub. Masallı rayonu Mahmudavar kəndində şəhidlərin xatirəsinə abidə ucaldılmışdır. Şəhid Teymur Rəsulov da burda yer alır.[1]
1979-cu ildə Masallı rayonu Mololon kənd 8 illik məktəbinə daxil olmuşdur. 1987-ci ildə 8 illik məktəbi bitirmişdir. Daha sonra Lənkəran Peşə məktəbinə daxil olmuş və qaynaqçı peşəsi üzrə təhsil almışdır. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılır.
1992-ci ildə hərbi qulluğa Gürcüstana gedir. 7 ay burda qulluq edir. Daha sonra ölkəyə qayıdaraq, Ağdam-Ağdərə uğrunda gedən döyüşlərə qatılır. Burda qəlpə yarası aldığı üçün döyüşlərdən bir müddət aralı qalır. Sağaldıqdan sonra bu dəfə könüllü olaraq Füzuli uğrunda gedən döyüşlərə qatılır. 10 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə düşmən təxribatının qarşısını alarkən şəhid olur.