The Avengers (musiqi qrupu)

The AvengersYeni Zelandiyanın rok qrupudur.

The Avengers
Əsas məlumatlar
Üslub rok

"The Avengers" 1960-cı illərin ortalarında Yeni Zelandiyada populyarlıq qazanmışdır. Parlophone səsyazma şirkəti ilə müqaviləli olan qrup 1966-cı ilVellinqtonda təsis edilib. Ken Cooper adlı Vellinqtonlu bir icraçı "The Avengers"i yeni klubu "The Place"də çalmaları üçün müxtəlif qruplardan seçdiyi musiqiçilərdən yaratmışdı. Clive Cockburn "The Mustangs", Dave Brown "The Wanderers" və Eddie McDonald "The Strangers" qruplarından idilər. Bu qruplar hamısı Vellinqton qrupları idi. Hank Davis isə əvvəlcə Napier şəhərinin "The Epics" qrupunda fəaliyyət göstərmişdir. Clive Cockburn gitara və klaviaturada, Dave Brown ritmik-gitarada, Eddie McDonald bas-gitarada, Ian "Hank" Davis isə zərb alətləri ifa edirdi."The Avengers" karyerasına "The Beatles"in mahnılarını şərh etməklə başladı. Ən əhəmiyyətli parçaları "Episode Six" qrupuna məxsus olan "Love Hate Revenge" mahnısı idi. Səsyazma 1968-ci ildə siyahılarda ikinci yerə yüksəldi.

İki dəfə xaricə (hər ikisi Avstraliyaya) qastrol səfərində olan qrup eyni adlı başqa bir qrupla qarışdırılmamaq üçün ikinci səfərdə "New Zealand Avengers" (Yeni Zelandiya Qisasçıları) adını aldı. Lakin Yeni Zelandiyadakı nüfuzuna baxmayaraq, qrup beynəlxalq aləmdə uğurlu ola bilmədi. 1969-cu ilin iyulunda qrup dağıldı.

Clive Cockburn karyerasını televiziyada davam etdirdi. Hank Davis və Eddie McDonald Qərbi Avstraliyanın Pert şəhərində məskunlaşdılar və "Bakery" qrupunu qurdular.

  • Everyone's Gonna Wonder / Take My Hand (1967)
  • 1941 / What Price Love (1968)
  • Days Of Pearly Spencer / Daniel The Postman (1968)
  • Love Hate Revenge / Only Last Year (1968)
  • Only Once in My Life / Waterpipe (1968)
  • What Price Love? / Only Once In My Lifetime (1968)
  • Night in the City / Nights in White Satin (1969)
  • Electric Recording (1968)
  • Dial Triple A, Alive! Avengers in Action (1968)
  • Medallion (1969)