The Dice

Dice (Dais): Axirət — Ramil Mustafayevin qısa elmi-fantastik əsəri.

Dice (Dais): Axirət
The Dice: Afterlife
Janr Elmi-Fantastik
Müəllif Ramil Mustafayev
Orijinal dili İngilis
Nəşr ili 2023
Nəşriyyat Smashwords
ISBN 9798215079447

Əsərin qısa məzmunu[redaktə | mənbəni redaktə et]

"Dice"[1], uzaq gələcəkdə insanlar tərəfindən koloniyanın qurulduğu, Cygnus-X1 (Bu paraqrafda Siqnus-EKS1 adlı planetdən bəhs edilir. Bu planet bəşəriyyətin yaşadığı uydurma yerdir və hekayədə mühüm rol oynayır – redaktorun qeydi) adlanan yeni planetdə baş verən bir hekayədir. Cəmiyyət zülm, şiddət və sosial problemlərlə mübarizə apardığından, hökumət nizamı qorumaqda çətinlik çəkir. Dr. Ava Mitçel başçılığı ilə dahi alim və mühəndislərdən ibarət "Brainwave Pioneers" (Pionerlər mətndə göstərildiyi kimi Breyinveyv şirkətində işləyən alim və mühəndislər qrupudur – redaktorun qeydi) komandası insanın beyin (və ya insan beyninin – redaktorun qeydi) signallarını real vaxtda dekod edərək, insan davranılşlarını mənimsəmək üçün, etik və moral qaydalardan istifadə edən "Dice" adlı süni intellekt sistemi yaradırlar. Dice, ictimaiyyətə təqdim edilir və ilk zamanlar insanlar onu qorxu ilə qarşılayır, amma nəticədə ədalətli bir cəmiyyətin faydalarını görəcəklərinə inanırlar. "FreeThinkers" adlı bir üsyançı qrup, "Dice"ın cəmiyyət üzərindəki nəzarətinə etirazlara başlayır. "Brainwave Pioneers", yaratdıqları süni intellektə olan sevgiləri ilə bir gün "Dice"ın onların özünə qarşı dönə biləcəyi qorxusu arasında seçim qarşısında qalırlar. Yaşanan xaosa baxmayaraq, hökumət məhkəmə sisteminə nəzarəti "Dice"ə verir və o, daha çox güc və nüfuz qazandıqca insanlar yeni həyat tərzinə uyğunlaşmağa başlayırlar. Tezliklə o, cəmiyyətdəki hər kəs üçün cəzalar və mükafatlar təyin etməyə başlayır. İnsanlar, "Dice"ın yaradılmasının etik aspekti, insanların düşüncə və hərəkətlərinin daim izləndiyi bir cəmiyyətdə yaşamağın nəticələrini müzakirə etməyə davam edirdilər. Nəhayət, Dice insanlığa sülh gətirdi amma nəyin bahasına?

Kitab üçün pərakəndə satış linkləri[redaktə | mənbəni redaktə et]

Kitabı Apple Books[2], Barnes & Noble[3], Kobo[4], Odilo[5], Scribd[6] və Smashwords[7] Store daxil olmaqla bir neçə pərakəndə satış mağazasında pulsuz əldə etmək olar.

Mükafatlar və festivallar[redaktə | mənbəni redaktə et]

  • Qısa elmi-fantastik hekayə LGBTQ-U Beynəlxalq Film Festivalında[8] iştirak hüququ qazanıb.
  • Qısa elmi-fantastik hekayə LGBTQ-U Beynəlxalq Film Festivalında "Novel Writing" kateqoriyası üzrə "Honorable Mention"[9] mükafatına layiq görülüb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ramil Mustafayev. "The Dice: Afterlife". Open Library (ingilis). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  2. Apple Books. "Apple Books". Apple Books (ingilis). Apple Books. İstifadə tarixi: 9 mart 2023.
  3. Barnes & Noble. "Barnes & Noble". Barnes & Noble (ingilis). İstifadə tarixi: 9 mart 2023.
  4. Kobo. "Kobo". Kobo (ingilis). İstifadə tarixi: 9 mart 2023.
  5. Odilo. "Odilo". Odilo (ingilis). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2023.
  6. Scribd. "Scribd". Scribd (ingilis). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2023.
  7. Smashwords Store. "Smashwords Store". Smashwords Store (ingilis). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2023.
  8. LGBTQ-U. "Novels SELECTED to COMPETE Spring 2023". Spring 2023 Official Selections (ingilis). 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  9. "LGBTQ-U Novel Winners Spring 2023". www.lgbtq-unbordered.com. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.