The Ladd Company — ABŞ kino istehsalı şirkət, əsası 1979-ci ildə Alan Ladd Jr., Jay Kanter və Gareth Wigan tərəfindən qoyulmuşdur, 20th Century Fox-dan ayrıldıqdan sonra[1]. O, m.in kimi kult filmləri istehsal edib: Ülgücün üzəri ilə qaçan (Blade Runner, 1982) və Oskar mükafatı laureatı Cəsur ürək (Braveheart, 1995). Lakin bir neçə film uğursuzluqlara çevrildikdən sonra şirkət on ildən çox böyük maliyyə böhranına düşdü. 1984-cü ildə iflas elan etdi[2], bir il sonra isə sonuncu film çıxdı. Həmin il Alan Ladd Jr. MGM/United Artists-i əldə etdi[3]. Şirkətin reallaşdırdığı ən son istehsallar bunlardır: An Unfinished Life (2005) və Gone Baby Gone (2007), hər ikisi Miramax Films tərəfindən paylanılıb. Sonra şirkət fəaliyyətini dayandırdı və 2007-ci ildə ləğv edildi. Onun simvolu ağac idi. Ladd deyir: "Deyə bilərsiniz ki, onun həyat ağacı ilə bağı var" ("You could say it has a tie in with the tree of life")[4].
The Ladd Company | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | kino istehsalı[d] |
Məhsulu | film |
Təsis tarixi | 1979 |
Bağlanma tarixi | 2007 |
Baş qərargahın yeri | Hollivud, Los-Anceles, Kaliforniya, ABŞ |
Rəhbərlik | |
Təsisçilər |
Alan Ladd Jr. Jay Kanter Gareth Wigan |