The Smiths — 1982-ci ildə Mançesterdə Stiven Patrik Morisey və Conni Marr tərəfindən qurulmuş bir ingilis qrupudur. Bir çoxlarının fikrincə bu qrup 80-ci illərdə İngiltərədə ən məşhur rok qrupu idi.[1]
The Smiths | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | Alternativ rok, grunge |
Fəaliyyət illəri | 1982–1987 |
Ölkə | Mançester, Böyük Britaniya |
Leybl | |
Keçmiş üzvlər | Morissi, Conni Marr, Endi Rourk, Mayk Coys |
Vikianbarda əlaqəli mediafayllar |
The Smiths qrupu 1982-ci ilin əvvələrində yazar Nyu York Dollsun azarkeşi Steven Patrik Morisey ilə gitaraçı və bəstəkar Conni Marr tərəfindən qurulub. Bundan sonra qrupun adı başqa bir qrupun üzvü ilə qarışdırılmaması üçün dəyişdirilmişdir. İlk albomları 1984-cü ilin fevral ayında İngiltərədə işıq üzü görmüşdür. İkinci albomları olan — "Meat is Murder" (Ət cinayətdir) isə 1985-ci ilin əvvələrində yayımlanmışdır. Bu albom ilk albomdan daha uğurlu olmuş və vegeterianlığı təbliğ etmişdir.[2]
The Smiths qrupunun gitaraçısı Marr 1987-ci ilin iyul ayında qrupu tərk edir. 1989-cu ildə isə qrupun yaxşı bir idarəçisi olmadığına və maliyyə çatışmazlığına görə fəaliyyətini dayandırır. Eyni zamanda qrupun dağılmasının ən böyük səbəblərindən biri də qrup üzvləri arasında birliyin olmaması və fikir ayrılığı idi.[4]