The quick brown fox jumps over the lazy dog

Cümlə buradda kompüterdəki şrifti nəzərdən keçirmək üçün istifadə olunur

"The quick brown fox jumps over the lazy dog" (azərb. Sürətli qəhvəyi tülkü tənbəl itin üstündən tullanır‎) — ingilis dilində olan panqramma. Cümlə əsasən yazı maşınları və kompüter klaviaturalarının sınaqdan keçirilməsi, şrift nümunələrinin göstərilməsi və əlifbadakı bütün hərflərin istifadəsi arzu olunan mətni əhatə edən digər proqramlar üçün istifadə olunur.

Bu ifadənin məlum olan ən birinci istifadəsi The Boston Journal-da olub. 9 fevral 1885-ci il tarixli nəşrdə "Mövcud qeydlər" başlıqlı məqalədə bu ifadə yazı üçün yaxşı təcrübə cümləsi kimi qeyd olunur: "Müəllimlərin şagirdləri üçün yazdıqları sevimli cümlə budur, çünki o, əlifbanın hər bir hərfini ehtiva edir: "Sürətli qəhvəyi tülkü tənbəl itin üstündən tullanır.""[1] Sonrakı bir neçə ay ərzində onlarla başqa qəzet bu ifadəni istifadə etməyə başladı, lakin onlar cümlənin "The" deyil, "A" ilə başlayan versiyasından istifadə etdilər.[2] "The" ilə başlayan cümlənin bilinən ən erkən istifadəsi Linda Bronson tərəfindən 1888-ci ildə yazılmış "İllüstrativ stenoqram" kitabındadır.[3] Müasir forma ("The" ilə başlayan) orijinaldan ("A" ilə başlayan) bir qədər uzun olsa da, daha çox yayılmışdır.

30 avqust 1963-cü ildə Moskva-Vaşinqton qaynar xəttinə göndərilən ilk mesaj "THE QUICK BROWN FOX JUMPED OVER THE LAZY DOG'S BACK 1234567890" idi.[4] Daha sonra sınaq zamanı rusiyalı tərcüməçilər amerikalı həmkarlarına mesaj göndərərək bu cümlənin mənasını soruşublar.[5]

XX əsrdə yazı maşınlarını və teleprinterləri sınaqdan keçirtmək üçün bu cümlə istifadə olunmağa başlanıb.[6]

Bu, ABŞ-da 1991-ci ildən bəri keçirilən kursiv yazı müsabiqəsi olan illik Zaner-Bloser Milli Əlyazma Müsabiqəsində istifadə olunan cümlədir.[7][8]

  1. "Current Notes" (PDF). Boston Journal (morning). Boston, Massachusetts. February 10, 1885. səh. 1. 2024-05-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  2. "Search for 'quick brown fox'". Newspapers.com. 3 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2016.
  3. Bronson, Linda Pennington. Illustrative Shorthand. San Francisco: Cal. Label & Maccabe Litho. Co. 1888. səh. 76.
  4. "Washington Moscow Hotline". Cryptomuseum.com. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-21.
  5. Rusk, Dean. As I Saw It: A Secretary of State's Memoirs. London: I.B. Tauris & Co. Ltd. 1991. səh. 225.
  6. Vegter, Wobbe. "Jean-Maurice-Émile Baudot". ThemNews. 8 (2). June 2007. 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-21.
  7. "Students Compete To See Who Has The Best Cursive Writing". NPR.org. 2021-05-28. 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  8. "About the Zaner-Bloser National Handwriting Contest". www.zaner-bloser.com. 8 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2021.