Thomson Financial — maliyyə məlumatlarının analizi və təqdimatı sahəsində ixtisaslaşan beynəlxalq bir şirkət idi.[1] Şirkət əsasən peşəkar investorlara, maliyyə qurumlarına və digər müştərilərə maliyyə bazarlarına dair məlumatlar, analitik vasitələr və xidmətlər təqdim edirdi.[2]
Thomson Financial | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Bağlanma tarixi | aprel 2008 |
Baş qərargahın yeri |
2008-ci ildə "Thomson Financial", "Thomson Corporation" ilə "Reuters Group" şirkətinin birləşməsi nəticəsində "Thomson Reuters" adını alaraq daha böyük və inteqrasiya olunmuş bir təşkilata çevrildi. Bu birləşmə ilə Thomson Reuters, dünyada maliyyə məlumatları və analitikası sahəsində aparıcı şirkətlərdən birinə çevrildi.[3] Thomson Reuters indi hüquq, vergi, mühasibat, risk idarəetməsi və media kimi sahələrdə geniş spektrli xidmətlər göstərir.
"Thomson Financial"ın ABŞ, Avropa və Asiya-Sakit okean regionunda çoxsaylı ofisləri mövcud idi. Baş ofisi Bostonda (1987-2008) və Nyu Yorkda, San-Fransisko, London, Frankfurt, Banqalor, Manila və Sidney, Honq-Konq, Tokio Sürix Cenevrə kimi strateji şəhərlərdə yerləşirdi.[4]