Tianmen dağı və ya Cənnət qapısı dağı (Sadələşdirilmiş çincə. 天门山; Ənənəvi Çin. 天門山) — Çinin Xunan əyalətinin şimal-qərb hissəsində, Zhangjiajie şəhərinin Tianmen dağı Milli Parkı içərisində yerləşən dağ.
Tianmen dağı | |
---|---|
Cənnət qapısı dağı | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1519 m |
Nisbi hündürlüyü | 1.518,6 m |
Yerləşməsi | |
29°06′ şm. e. 110°30′ ş. u. | |
Ölkə | ÇXR |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tianmen dağı 1519 metr yüksəklikdə yerləşir. Şəhərin mərkəzindən 8 km uzaqlıqdadır. Dağ Zhangjiajiedəki ikinci milli meşə parkıdır.[1] 2005-ci ildə Fransa şirkətlərindən olan Poma, Zhangjiajie qatar stansiyasından dağın zirvəsinə kanat yolu inşa etdi. Tianmen dağı kanat yolu, ümumi 7,455 metr uzunluğunda və 1,279 metr yüksəklikdə hərəkət etməsi ilə turizmdə "dünyanın ən uzun sərnişin kanat yolu" olaraq bilinir. Turistlər dağın zirvəsindəki uçurum boyunca inşa edilmiş, şüşə zəminli bölmələrdə daxil olmaqla kilometrlərlə uzanan yollarda gəzə bilirlər. Ərazidə yerləşən 11 km-lik yolun sonu Tianmen mağarasında bitir. Digər adı "Cənnət qapısı" olan mağara, dünyanın ən yüksək təbii mağara ünvanına sahibdir.[2]
Tianmenshan məbədi, əraziyə kanat yolu və ya yol ilə getmək olur. Buradakı orijinal məbəd isə Tang sülaləsi dövründə inşa edilmişdir, lakin XX yüzilliyin birinci yarısında dağıdılmışdır. Çin komunist inqilabının 1949-cu ilində Tang sülaləsi memarlığına uyğun yeni məbədin inşasına başladı. Mövcud məbəd 2 ha ərazini əhatə edir.[3][4]