Tiauanako

Tiuanako — Şimali Boliviyada e.ə. I minilliyin sonu, eramızın I minilliyinə aid hindi mədəniyyəti. Mərkəzi Titikaka gölünün cənub-şərqində yerləşən şəhər yeri olmuşdur. Burada monumental tikinti qalıqları (Akapana piramidası, Kalasasayya məbəd kompleksi, Günəşin qapısı, Sarkofaqlar sarayı və s.) qalmaqdadır. Tiuanakodan daş heykəllər, naxışlı keramika, metal məmulatı aşkar edilmişdir. Tiuanako mədəniyyətini Perunun mərkəzi hissəsində yaşayan qohum tayfalar yaratmışlar. Əkinçilik və lama saxlamaqla məşğul olmuş həmin tayfaların o dövrdə təsiri geniş yayılmış və siyasi hakimiyyətləri güclənmişdir.

1900-cü ildəki arxeoloji qazıntıların şəkilləri

[redaktə | mənbəni redaktə et]