Tibet Muxtar Vilayəti

Tibet muxtar vilayəti (tib. བོད་རང་སྐྱོང་ལྗོངས་; Bod-rang-skyong-ljongs; çin. sadə. 西藏自治区, pinyin: Xīzàng Zìzhìqū; ТАР) — Çinin qərbində muxtar bölgə.

Tibet Muxtar Vilayəti
བོད་ཡུལ།
31°42′20″ şm. e. 86°56′25″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1965
Sahəsi
  • 1.228.400 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.648.100 nəf. (2020)[2]
Digər
xizang.gov.cn
Xəritəni göstər/gizlə
Tibet Muxtar Vilayəti xəritədə
Tibet Muxtar Vilayəti
Tibet Muxtar Vilayəti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2005-ci ildə Tibetdə demokratik islahatların keçirilməsinə başlanmasının və feodal-təhkimçilik quruluşunun dağıdılmasının 46 ili tamam oldu, bu müddət ərzində sosial inkişaf və insan hüquqlarının müdafiəsi sahəsində böyük dəyişikliklər baş vermişdir.

1959-cu ilə qədər Tibetdə feodal-təhkimçilik quruluşu hakim idi, siyasi yanaşmada teokratiya – Bütün Tibet əhalisinin 5%-dən azını təşkil edən dini rəhbərliyin və feodalların diktaturası hökm sürürdü. Uzun əsrlər ərzində "13 maddə Məcəlləsi" və "16 maddə Məcəlləsi" fəaliyyət göstərmişdi ki, bunlara əsasən Tibetin bütün əhalisi 3 kateqoriya və 9 dərəcəyə bölünürdü, həm də onların hər birinin hüquqları dəqiq müəyyən edilirdi.

17 iyul 1959-cu ildə Tibet muxtar Rayonunun təşkili üzrə hazırlıq komitəsi Tibetdə demokratik islahatların keçirilməsi haqqında qərar qəbul etdi, bu zamandan etibarən Tibetin bütün ərazisində demokratik dəyişikliklərin həyata keçirilməsi uğrunda kütləvi hərəkatlar başladı.

21 sentyabr 1959-cu ildə adı çəkilən komitə torpaq üzərində feodal-təhkimçilik mülkiyyətinin ləğv edilməsi və yeni mülkiyyət formasının tətbiqi haqqında qərar qəbul etdi. Bununla yanaşı Tibetdə ruhani rəhbərliyin və feodal əyanlarının siyasi diktaturası ləğv edildi və milli rayon muxtariyyəti sisteminin həyata keçirilməsinə başlanıldı.

1965-ci ilin sentyabrında Tibet xalq nümayəndələri Məclisinin birinci çağırışının ilk iclası başladı, o, Tibet Muxtar Rayonunu yaranmasını rəsmi olaraq elan etdi. Sessiyada iştirak edən 301 nümayəndə arasında tibetlilərin və digər milli azlıqların nümayəndələri 80%-dən çox idi.

Tibet Muxtar Rayonu (TMR) sakinləri bütün Çin vətəndaşlarının istifadə etdikləri ÇXR Konstitusiyasında nəzərdə tutulan vətəndaş və siyasi hüquqlarla yanaşı, milli rayon muxtariyyəti çərçivəsində də bir sıra digər hüquqlara malikdirlər.

TMR yerli siyasi, iqtisadi və mədəni xüsusiyyətlərdən çıxış edərək muxtariyyət haqqında qanunvericilik müddəaları işləmək hüququna malikdir.

Hal-hazırda Tibetdə elektroenergetika, mədənçıxarma, sement, dəri, toxuculuq və digər sahələr üzrə 300-dən çox müasir sənaye müəssisələri fəaliyyət göstərir. Eyni zamanda avtomobil yolları şəbəkəsi formalaşdırılmış, Lxasunu ölkənin digər rayonları və eləcə də xarici şəhərlərlə birləşdirən aeroport fəaliyyət göstərir. Sanitar-tibbi şəraitin yaxşılaşdırılması tibetlilərin həyat və sağlamlıq hüququnu effektiv təmin edir. Tibetdə əhalinin sayı 1,5 mln. nəfərə qədər artmışdır. 2004-cü ildə təxminən 4400 təhsil müəssisəsi qeydə alınmışdır.

Tibetdə son 40 ildə baş verən tarixi əhəmiyyətli nəhəng dəyişikliklər, demokratik islahatlar sübut edir ki, sosial inkişafın və tərəqqinin, insan hüquqları ilə vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasının əsas səbəbləri feodal-təhkimçilik quruluşunun ləğvi və milli rayon muxtariyyəti sisteminin tətbiqidir.

Bütün bunlara baxmayaraq, Çinin mərkəzi hakimiyyətinin Dalay-lamaya münasibəti siyasətində problemlərin mövcud olduğunu qeyd etmək lazımdır. Çin hakimiyyəti Dalay-lamanı "Tibetin müstəqilliyinə" can atmaqdan çəkinməyə, Çinin parçalanmasına yönəlmiş fəaliyyətini dayandırmağa, Tibetin Çinin ayrılmaz hissəsi olduğunu açıq elan etməyə, ÇXR hökumətinin Çinin maraqlarını təmsil edən yeganə qanuni hökumət kimi tanımağa çağırır. Yalnız bu halda mərkəzi hakimiyyət Dalay-lama ilə onun taleyi ilə bağlı danışıqlar apara bilər.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. 国务院第七次全国人口普查领导小组办公室 中国人口普查分县资料—2020 (çin). 北京市: 中国统计出版社, 2022. 983 s. ISBN 978-7-5037-9772-9

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Çin müxalifətinin resursları

[redaktə | mənbəni redaktə et]

Tibet müxalifətinin resursları

[redaktə | mənbəni redaktə et]

Siyasi cəhətdən neytral resurslar

[redaktə | mənbəni redaktə et]