Tiflis Kommersiya bankının binası — Bakının Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən bina. Binada Tiflis Kommersiya Bankının Bakı filialı yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına əlavə edilmişdir.[1]
Tiflis Kommersiya bankının binası | |
---|---|
40°22′09″ şm. e. 49°50′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | H.Z.Tağıyev küçəsi |
Tikilmə tarixi | 1903 - 1905 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Tiflis Kommersiya bankının Bakı filialı 1886-cı ildə açıldı və yalnız 1905-ci ildə Tərlan Əliyarbəyov (o zamankı Milyutinskaya küçəsi) və Əbdülkərim Əlizadə (o zamankı Baryatinskaya küçəsi) küçələrinin kəsişməsində yerləşən öz binasına köçdü.[2]