Tikanlı məftil - Hər hansısa bir ərazinin sərhədlərini müəyyənləşdirmək üçün istifadə olunan vasitə. Tikanlı məftillər, iki mis dəmir parcasının bir-birinə burulması yolu ilə möhkəmləndirilir və əsasən hasarların üzərinə yerləşdirilir. Tikanlı məftillərdən həbsxana, getto və hərbi hissələrin sərhədlərinin müəyyənləşdirilməsi zamanı daha çox istifadə edilir.