Tikanlı parkinsoniya

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şimali Amerika, Aşağı Kaliforniya, Şimali Meksikada çay vadilərində, rütubətli torpaqlarda bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 9 metr, gövdəsinin diametri 30 sm olan həmişəyaşıl, hamar, nazik qabıqlı, adi və ya üç bölümlü tikanları olan gözəl çətirli ağacdır. Uc budaqları əyri və sallaqdır. Zoğları tüklü, cavan budaqları sarımtıl-yaşıl, boz və ya açıq sarı rənglidir. Yarpaqları 20-45 sm uzunluğunda, açıq yaşıl rəngli, çılpaqdır. Çiçəkləri cavan zoğlarda əmələ gəlir, açıq sarı rəngli, solğun və ətirlidir. Kasacığı çılpaq, çox qısa borulu və 5 uzunsov dilimlidir. Ləçəkləri 9-26 mm uzunluğunda, dəyirmi və ya yumurtavari, üst ləçəkləri içəri tərəfdən qaidə hissədən qırmızı lələklidir. Erkəkcikləri tacdan qısa, ağızcığı tükcüklüdür. May ayında çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir. Paxla meyvələri 5-10 sm uzunluğunda olub, ensiz, zəif tüklüdür. Toxumları yumrudur. Vətənində il boyu çiçəkləsə də, Azərbaycanda yazın axırı, yayın əvvəllərində çiçəkləyir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Tez böyüyən və kölgəsevən bitkidir, sərt keçən qışda bitkinin yerüstü hissəsi kök boğazına qədər donur, yazda isə pöhrələr verərək inkişaf edir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Bakı Nəbatat bağında, Dendrologiya İnstitutunda və Bərdədə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Dərman bitkisi kimi istifadə olunur. Daşlı-kəsəkli, qumlu sahələrin bərkidilməsində, canlı çəpərlərin salınmasında əhəmiyyətlidir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov