Tikanquyruqkimilər- Myliobatiformes dəstəsi. Bu dəstənin 7 fəsiləyə aid olan 100-ə yaxın növü məlumdur. Fəsilələr və çox tanınmış növlər bunlardır: tikanquyruqlar (dəniz pişiyi, nəhəng tikanquyruq, qırmızı tikaquyruq və s.) yoğunquyruqlar, çay tikanquyruqları (çay skatı), kəpənəyi skatlar (Yaponiya kəpənəyi skatı), qartalı skatlar (adi qartalı skat, xallı qartalı skat, Amerika cöngəburunu və s.), buynuzlu skatlar (Aralıq dəniz buynuzlusu, manta və ya dəniz əjdahası və s.) və rinopteridlər.
Tikanquyruqkimilər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Bu skatların uzunluqları 0,5-7,0 m, eni 0,3-7,0 m arasında dəyişilir, bəzinin kütləsi 2 tona qədər çatır. Bunların bədəni rombvarı və ya girdədəir. Quyruq gövdəsi ilə bədən arasında keçid nəzərə çarpır, quyruğun ucu iti qurtarır. Bu skatlar yumurtadiridoğan və ya diridoğandırlar, balalarının sayı 4-dən 12-yə qədər olur. Manta və ya dəniz əjdahası kütləsi 15-20 kq olan bircə bala doğur. Sənayə əhəmiyyətləri yüksək deyil.
Tikanquyruq skatlar fəsiləsinin əksər nümayəndələrinin quyruq gövdəsində bir, bəzən iki, kənarı dişli uzun-yastı qərniləşmiş törəmə-tikan var. Bu törəmənin alt tərəfində şırım, onun da içərsində zəhər ifraz edən vəzili hüceyrələr olur. Skat quyruğu ilə düşməni vurduqda qərni tikan düşmənə batır, həmin yerə zəhər ifraz olur, bərk ağrı əmələ gəlir, zəhər qana keçdikdə qan təzyiqi düşür, öyümə başlayır, əzələ iflici baş verir, bu hadisə ölümlə nəticələnir. Qara dənizinin Gürcüstan sahillərində dəniz pişiyinə təsadüf edilir.
Qartalı skatlar fəsiləsinin nümayəndələri yaxşı üzürlər, dibdə və su qatında yaşayan orqanizmlərlə qidalanırlar. Bunların quyruğunda qərni törəmə olmur.
Buynuzlu skatlar fəsiləsi nümayəndələrinin döş üzgəclərinin ön hissəsi çıxıntı əmələ gətirərək, buynuzu xatırladır (adı buna görədir). Bu skatlar sürətlə üzürlər, 1,5-2,0 m hündürlüyə tullanaraq özlərini suya çırpır və "guya" xarici parazitlərdən təmizlənirlər. Ən çox sürü ilə yaşayan balıqlarla qidalanmağa meyllidirlər.