Tikinti Nazirliyi (Vyetnam)

Tikinti Nazirliyi (vyet. Bộ Xây dựng) — Vyetnamda tikinti, tikinti materialları, mənzil və inzibati binalar, memarlıq, şəhər və kənd sahəsində tikintinin planlaşdırılması, şəhər infrastrukturu, ictimai xidmətlər üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik. Bu, həmçinin, dövlət müəssisələrində dövlət kapitalının sahibini təmsil edir.

Tikinti Nazirliyi
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Vyetnam
Yaradılma tarixi 29 aprel 1958
Baş qərargah
Rəsmi saytı moc.gov.vn

Strukturu[redaktə | mənbəni redaktə et]

Nazirliyin tərkibində olan qurumlar bunlardır:[1]

  • Tikintinin Keyfiyyətinə Nəzarət Dövlət Agentliyi
  • Mənzil və Daşınmaz Əmlak Bazarının İdarə Edilməsi Agentliyi
  • Şəhər İnkişafı Agentliyi
  • İnfrastruktur Agentliyi
  • Tikinti materialları Departamenti
  • Tikinti idarəsi Departamenti
  • Elm, Texnologiya və Ətraf Mühit Departamenti
  • Tikinti İqtisadiyyatı Departamenti
  • Memarlıq və Tikinti Planlaması Departamenti
  • Qanunvericilik Departamenti
  • Planlaşdırma və Maliyyə Departamenti
  • Beynəlxalq Əməkdaşlıq Departamenti
  • Təşkilat və Kadrlar Departamenti
  • Nazirliyin Müfəttişliyi
  • Nazirliyin Aparatı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nghị định 52/2022/NĐ-CP của Chính phủ về việc quy định chức năng, nhiệm vụ, quyền hạn và cơ cấu tổ chức của Bộ Xây dựng". DuLieuPhapLuat.vn. 2023-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]