Tikinti və menecement simulyatoru (TMS) — simulyasiya videooyunlarının növü. Burada oyunçular məhdud resurslardan istifadə edərək uydurma təşkilatlar və ya layihələri inşa edir, onları inkişaf və ya idarə edir.[1] Bəzi strategiya oyunları oyunçunun resurslarının idarə edilməsi və layihənin inkişafı ilə bağlıdır. Bununla belə, strategiya oyunlarından fərqli olaraq, əsas TMS oyunlarında məqsəd rəqibi məğlub etmək deyil, davam edən proseslə bağlı məqsədlərə çatmaqdır.[2] Bu kateqoriyaya aid oyunlar bəzən sadəcə idarəetmə oyunları adlanır.[3][4]