Tilburg

Tilburq — Niderlandın cənubunda yerləşən Şimali Brabant əyalətində şəhər və bələdiyyə mərkəzi.

Şəhər
Tilburq
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
51°34′12″ şm. e. 5°04′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 119,15 km²
  • 118,13 km²[1]
Mərkəzin hündürlüyü 14 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 227.707 nəf. (1 yanvar 2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu +31 13
Poçt indeksi 5000–5049, 5056, 5070, 5071
Digər
tilburg.nl
Xəritəni göstər/gizlə
Tilburq xəritədə
Tilburq
Tilburq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tilburqun bələdiyyə sərhədləri daxilində əhalisi (1 yanvar 2011-ci il təxmini hesablama) 206 234 nəfərdir. Tilburq Şimali Brabant əyalətində 2-ci (birincisi Eyndhoven), Niderland ərzisində isə 6-cı böyük şəhərdir. Bələdiyyə sərhədləri içində iki kənd də yerləşir: Berkel-enschot və Udenhout. Tilburq və Goirle bələdiyyələri birləşmişdir və "Branbantstad" adı da verilən urbanizasiya bir metropoliten region quruluşundadır.

Tilburqda Avropada xüsusilə hüquq və iqtisadiyyat elmləri üzərə xüsusi yeri olan Tilburq Universiteti yerləşir. "Avropa İqtisadi Birliyi" tərəfindən iqtisadiyyat və marketinq idarəsi məsələlərində mühüm Avropa ali təhsil müəssisəsi olduğu qəbul edilmişdir. Tilburqda həmçinin iki dənə yeni tətbiqi elmlər universiteti də fəaliyyət göstəri. Avans Hogeschool və Fontys Tətbiqi Elmlər Universiteti.

Tilburq bələdiyyəsi sərhədləri daxilində üç qatar vağzalı yerləşir: Tilburq vağzalı, Tilburq Üniversiteti Stansiyası və Tilburq Reeshof stansiyası.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
  • Tilburq Kermesi: Hər il iyul ayında 10 gün müddətin bir festival keçirilir və bu festivalın Benelux ölkələrində ən böyük festival olduğu iddia edilmektedir. Bu festival dövründə ilk Bazar Ertəsi "Roze" Maandag" (Çəhrayı Bazar Ertəsi) adı verilib xüsusilə homoseksuallar üçündür.[2]
  • De Pont Müasir İncəsənət Müzeyi:[3]
  • Efteling: Böyük və qitə Avropasında xüsusi yeri olan tematik əyləncə parkı. Tilburq mərkəzindən 10 km məsafədə yerləşir.
  • Audax Textielmuseum": Hollandiya tekstil muzeyi Tilburq şəhərindədir[4].
  • Fontys Rockacademie: Hollandiyada peşəkar "rok müsiqiçisi" yetişdirmək üçün qurulmuş akademiya. Tilburqda olan "Fontys Tətbiqi Elmlər Üniversitetinin" Fontys İncəsənət və Vizual Sənətlər Məktəbinin" bir hissəsi.
  • İnterpolis: "Rabobank" bankı ilə yaxın əlaqəli böyük bir sığorta şirkətinin mərkəzi Tilburqdadır. Bu şirkət Avropada "Interpolis. Crystal clear" elan kampaniyası ilə diqqət çəkmişdir[5].
  • Westpoint qülləsi: Tilburq Central Tren Garı yaxınlığında yerləşən 2004-cü ildə tamamlanmış hündür bina. 140 mt hündürlüyündə 48 mərtəbəli olub, mərtəbələrin hamısı xüsusi iqamətgah olaraq istifadə edilməkdədir. Hollandiyada noyabr 2010-cu ilə qədər ən hündür iqamətgah idi[6].
  • Tilburq Universiteti: Ali təhsil üçün klassik və müasir proqramlar hazırlayır. "Tias Biznes Administrasiyası Məktəbi" Avropa İqtisadi Birliyi tərəfindən iqtisadiyyat və marketinq idarəsi məsələlərində mühüm Avropa ali təhsil müəssisəsi olduğu qəbul edilmişdir[7].

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Tilburq şəhərinin bu xarici şəhərlərlə qardaş şəhər əlaqələri var:

  • Lubli- Polşa
  • Matagalpa- Nikaraqua
  • Sama- Tanzaniya
  • Emfuleni- Cənubi Afrika
  • Minamiaşiqara- Yaponiya
  • Zemun- Serbiya
  1. register of public bodies.
  2. Tilburq Kermesi [ölü keçid]
  3. "De Pont Müzesi". 2012-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  4. [1] [ölü keçid]
  5. İngilizce Wikipedia "Interpolis" maddesi
  6. "İngilizce Wikipedia "Westpoint Tower" maddası". 2011-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  7. Tilburq Üniversitenin saytı Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine  (ing.)