Tintoretto

Yakopo Komin, daha çox Tintoretto adı ilə tanınır (it. Jacopo Robusti, Jacopo Comin, Tintoretto; 29 sentyabr 1518–31 may 1594) — Venesiya rəssamlıq məktəbinə mənsub olan yüksək İntibah dövrü rəssamı. Gəncliyində həmçinin Yakopo Robusti adı ilə tanınmışdır.

Tintoretto
Tintoretto
Avtoportretdən fraqment
Avtoportretdən fraqment
Doğum adı Yakopo Komin
Doğum tarixi
Doğum yeri Venesiya
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Venesiya
Fəaliyyəti rəssam, memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı
Janrlar İntibah dövrü, dini rəssamlıq[d][1], mifologiya rəssamlığı[d][1]
Stil Venesiya rəssamlıq məktəbi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tintoretto 1518-ci ildə Venesiyada ailədə 21 uşağın ən böyüyü kimi anadan olmuşdur. Atası Covanni rəngsaz (it. tintore) olduğuna görə oğlu da özunə Tintoretto təxəllüsünü götürür.

Yakopo sanki rəssam doğulmuşdu. Oğlundakı istedadı görən atası onu dərs almaq üçün Tisianın emalatxanasına gətirir. Lakin Tintoretto Tisianın yanında cəmi 10 gün qalır. Tisian onu evlərinə göndərir. Belə düşünürlər ki, Tisian Tintorettonun özünəməxsus üslubunu qısqanmış, digərlərinə görə isə Tintorettonun üslubu Tisiana yad olduğu üçün onu geri qaytarmışdı.

Bundan sonra Tintoretto müəllimsiz öz üzərində işləməyə başlayır. Yüksək şəxsi ambisiyanın və zəhmətin nəticəsi olaraq onun emalatxanasının üzərində bu yazı yerləşdirilmişdi:

" Il disegno di Michelangelo ed il colorito di Tiziano "

Tərcüməsi — Mikelancelonun dizaynı və Tisianın rəngi.

O, daha çox Mikelancelonun modellərini, "Şəfəq"ini, "Alatoran"ı və "Gecə"sini öyrənirdi. Daha sonra o mum və yapışqanla işləmək sahəsində də ustalaşdı.

Erkən işləri

[redaktə | mənbəni redaktə et]

Tintorettoun erkən işlərinin bəziləri itmişdir. Onun erkən işlərindən dövrümüzədək gəlib çatanlar Venesiya kilsəsi üçün çəkdiyi "İsanın məbəddə təqdimatı", həmçinin Benedettoda "İsa Samariya qadını ilə" əsərləridir. Bundan əlavə Tintoretto "Yaradılış" kitabından 4 mövzu çəkmişdi. Bunlardan ikisi "Adəm və Həvva" və "Habilin ölümü" Venesiya Akademiyasındadır.

Müqəddəs Mark təsvirləri

[redaktə | mənbəni redaktə et]
Müqəddəs Markın bədəninin tapılması

1546-cı ildən Tintoretto Madonna del Orto kilsəsi üçün özünün 3 aparıcı əsərini "Qızıl buzova sitayiş", "Bakirənin məbəddə təqdimatı" və "Sonuncu mühakimə"ni çəkir. 1548-ci ildən Tintoretto Marko məktəbi üçün əsərlər çəkmək göstərişi alır. Bu əsərlərə "Müqəddəs Markın bədəninin tapılması", "Müqəddəsin bədəninin Venesiyaya gətirilməsi", "Müqəddəsin tərəfdarlarının duası" və "Qulun möcüzəsi" daxildir.

Bu əsər Tintoretto yaradıcılığının tacı və əhəmiyyətli əsəridir. "Cənnət" incəsənət dünyasında ən böyük freskadır. Əsərin kimə tapşırılacağı müəyyən edilməmişdən Tintoretto əsərin ona tapşırılması üçün tanrıya dua edirdi. O, yorulmadan əsər üzərində işləməyə başlayır. Tintoretto əsərin detallarının tamamlanmasında oğlu Domeniko Tintorettonun köməyindən də istifadə edir. Diqqətdən kənarda qalmış Tintorettonu bütün Venesiya bu möhtəşəm əsərə görə alqışlayır.

Ölümü və tələbələri

[redaktə | mənbəni redaktə et]
Maddonna del Orto

"Cənnət"i bitirdikən sonra Tintoretto bir müddət istirahət edir və ciddi işlər görmür. 1594-cü ildə onun mədəsində ağrılar başlayır. Bu ağrılar onu yatmaqdan və yeməkdən məhrum edirdi. Nəhayət 31 may 1594-cü ildə Tintoretto əbədi olaraq gözlərini yumur. O, Maddonna del Orto kilsəsində, 1590-cı ildə 30 yaşında vəfat etmiş sevimli qızı Marietta ilə yanaşı dəfn edilir. Tintorettonun çox az tələbəsi vardı. Onların arasında rəssamın iki oğlu və Antverpenli Martin de Vos da yer alırdı. Oğlu Domeniko Tintoretto əksər böyük əsərlərində atasına kömək etmişdi.

  1. 1 2 RKDartists (nid.).